DataLife Engine > BLOK XƏBƏR > Ərdoğanın Sinan Oğanla görüşü başa çatdı - Yenilənib+Foto

Ərdoğanın Sinan Oğanla görüşü başa çatdı - Yenilənib+Foto


20-05-2023, 01:53. Yerləşdirdi: Tural Ərdoğanın Sinan Oğanla görüşü başa çatdı - Yenilənib+Foto




Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “ATA İttifaqı”nın prezident seçkilərində namizədi olmuş Sinan Oğan ilə görüşəcək.

“Xalqinfo” “TRT Haber”ə istinadən xəbər verir ki, görüşün bu gün İstanbulda Dolmabağçadakı ofisdə keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, Türkiyədə mayın 14-də keçirilən prezident seçkiləri zamanı hazırkı Prezident Rəcəb Tayyib Ərdoğan 49,51%, CHP sədri Kamal Kılıçdaroğlu 44,88%, “ATA İttifaqı”nın namizədi Sinan Oğan 5,17%, Məmləkət partiyasının sədri Muharrem İnce isə 0,44% səs toplayıb.

Mayın 28-i ikinci tur baş tutacaq.


***

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “ATA İttifaqı”nın prezident seçkilərində namizədi olmuş Sinan Oğanla görüşü başlayıb.

Görüş mediaya qapalı şəkildə keçirilir.

***
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Sinan Oğan arasında görüş başa çatıb.

İstanbulda Dolmabağçadakı iş ofisində keçirilən görüş 50 dəqiqə davam edib.


Geri qayıt