DataLife Engine > BLOK XƏBƏR > Rusiyanın 15 raketi məhv edildi - Ukrayna

Rusiyanın 15 raketi məhv edildi - Ukrayna


1-05-2023, 15:48. Yerləşdirdi: Tural Rusiyanın 15 raketi məhv edildi - Ukrayna






Ukrayna ordusu hava hücumundan müdafiə sistemlərinin Rusiyanın Ukraynaya atdığı 18 raketdən 15-ni məhv etdiyini bildirib.


Xalqinfo.az-ın xarici mediaya istinadən məlumatına görə, Ukrayna ordusundan verilən açıqlamada gecə saatlarında Rusiyanın atdığı 18 raketdən 15-nin hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edildiyi bildirilib.

Raket hücumları zamanı paytaxt Kiyevin hədəfə alındığı, lakin heç bir can itkisinin və infrastruktura zərərin olmadığı bildirilib.

Səlahiyyətlilər Kiyev bölgəsinə raket hücumlarının qarşısını almaq üçün hava hücumundan müdafiə sistemlərinin işə salındığını açıqlayıb.
Geri qayıt