DataLife Engine > BLOK XƏBƏR > "5-ci kolon"un lideri Paşinyan özüdür" - Erməni general

"5-ci kolon"un lideri Paşinyan özüdür" - Erməni general


16-03-2023, 11:41. Yerləşdirdi: Tural "5-ci kolon"un lideri Paşinyan özüdür" - Erməni general




"5-ci kolon"un lideri Nikol Paşinyan özüdür, ordunu məhv edən belə bir lider varsa, o lider Paşinyandır.

"Xalqinfo" xəbər verir ki, bunu Ermənistanın keçmiş baş qərargah rəisi Movses Akopyan deyib.


Akopyan Paşinyanın mətbuat konfransında iştirak edən jurnalistlərin baş nazirə onun kimləri nəzərdə tutduğunu, o adamların niyə hələ də həbs edilmədiyini soruşmalı olduqlarını bildirib.

"Müdafiə naziri bəzi mötərizələr açdı ki, "ordumuz xarici təhriklə içəridən zəiflədilib". Görünür, onlar Paşinyanın Rusiyanı nəzərdə tutduğuna eyham vurur", - deyə general-polkovnik qeyd edib.

Onu da deyək ki, Ermənistanın baş naziri 2020-ci ildə Qarabağda müharibənin uduzulmasında beşinci kolonu günahkar hesab edib.
Geri qayıt