DataLife Engine > BLOK XƏBƏR > Gültəkin Hacıbəyli saxlanıldı - Yenilənib

Gültəkin Hacıbəyli saxlanıldı - Yenilənib


30-11-2022, 09:58. Yerləşdirdi: Tural Gültəkin Hacıbəyli saxlanıldı - Yenilənib





Sabiq deputat, Milli Şuranın üzvü Gültəkin Hacıbəyli saxlanılıb.

“Xalqnfo” xəbər verir ki, o, xaricdən ölkəyə qayıdarkən Bakıda hava limanında tutulub. İlkin məlumata görə, ötən ay onun barəsində Nəsimi Rayon Məhkəməsinə xüsusi ittiham qaydasında şikayət daxil olub. G.Hacıbəyli barəsində Cinayət Məcəlləsinin 147.2 (ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə cinayət işi başlanıb.

G.Hacıbəyli hava limanında saxlanılarkən məlum olub ki, o, məhkəmə tərəfindən axtarışa verilibmiş.

***

Sabiq deputat Nəsimi Rayon Polis idarəsinin əməkdaşları tərəfindən məhkəməyə təqdim olunub. Daha sonra ifadəsi alınaraq sərbəst buraxılıb.
Geri qayıt