DataLife Engine > BLOK XƏBƏR > Ermənilər Xocalı və Ağdam üzərində kəşfiyyat uçuşları keçirməyə CƏHD ETDİLƏR

Ermənilər Xocalı və Ağdam üzərində kəşfiyyat uçuşları keçirməyə CƏHD ETDİLƏR


26-11-2022, 13:11. Yerləşdirdi: Tural Ermənilər Xocalı və Ağdam üzərində kəşfiyyat uçuşları keçirməyə CƏHD ETDİLƏR





Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinə məxsus kvadrokopter noyabrın 26-sı saat 11:28-də Xocalı rayonunun Şuşakənd yaşayış məntəqəsi, 11:46-da isə Ağdam rayonunun Yeddi Xırman yüksəkliyi ətrafında bölmələrimizin mövqeləri üzərində kəşfiyyat məqsədli uçuşlar həyata keçirməyə cəhd göstərib.

"Unikal" xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.


Bildirilib ki, bölmələrimizin sayıqlığı nəticəsində aşkar edilən kvadrokopter xüsusi üsulla endirilərək ələ keçirilib.


Geri qayıt