DataLife Engine > BLOK XƏBƏR > Qazaxıstanın hazırkı prezidenti seçkilərdə qalib gəlib -

Qazaxıstanın hazırkı prezidenti seçkilərdə qalib gəlib -


20-11-2022, 23:19. Yerləşdirdi: Tural Qazaxıstanın hazırkı prezidenti seçkilərdə qalib gəlib -



Qazaxıstanın hazırkı prezidenti Kasım-Jomart Tokayev seçkilərdə 82,45% səslə qalib gəlib.

"Xalqinfo" xəbər verir ki, bunu “Açıq Cəmiyyət” Beynəlxalq Regional Araşdırmalar İnstitutunun keçirdiyi “exit-poll”un nəticələri sübut edir.


“Qazaxıstan” teleradio korporasiyasının təşkil etdiyi onlayn sorğuya əsasən, Tokayev 82,45% səs toplayıb.

19:30

Qazaxıstanda növbədənkənar prezident seçkilərində səsvermə başa çatıb.

"Unikal" xəbər verir ki, Qazaxıstan Mərkəzi Seçki Komissiyası saat 20.00-a seçici fəallığının 69,31% olduğunu açıqlayıb.

18:22

Qazaxıstanda növbədənkənar prezident seçkilərində səsvermə respublikanın əksər bölgələrində yerli vaxtla saat 20:00-da (Bakı vaxtı ilə 18:00) başa çatıb.

"Unikal" xəbər verir ki, ümumilikdə ölkə üzrə 10 mindən çox seçki məntəqəsi fəaliyyət göstərib.

Eyni zamanda, Qazaxıstanın beş rayonunda - Aktobe, Atırau, Qərbi Qazaxıstan, Qızılorda və Manqistau vilayətlərində saat fərqinə görə seçki məntəqələri bir saat sonra bağlanacaq.

Səsvermə başa çatdıqdan sonra seçki komissiyalarının üzvləri səslərin hesablanmasına başlayacaqlar.
Geri qayıt