DataLife Engine > BLOK XƏBƏR > Qazaxıstandakı prezident seçkilərində səsvermə başa ÇATIB -

Qazaxıstandakı prezident seçkilərində səsvermə başa ÇATIB -


20-11-2022, 21:31. Yerləşdirdi: Tural Qazaxıstandakı prezident seçkilərində səsvermə başa ÇATIB -




Qazaxıstanda növbədənkənar prezident seçkilərində səsvermə başa çatıb.

"Xalqinfo" xəbər verir ki, Qazaxıstan Mərkəzi Seçki Komissiyası saat 20.00-a seçici fəallığının 69,31% olduğunu açıqlayıb.


18:22

Qazaxıstanda növbədənkənar prezident seçkilərində səsvermə respublikanın əksər bölgələrində yerli vaxtla saat 20:00-da (Bakı vaxtı ilə 18:00) başa çatıb.

"Unikal" xəbər verir ki, ümumilikdə ölkə üzrə 10 mindən çox seçki məntəqəsi fəaliyyət göstərib.

Eyni zamanda, Qazaxıstanın beş rayonunda - Aktobe, Atırau, Qərbi Qazaxıstan, Qızılorda və Manqistau vilayətlərində saat fərqinə görə seçki məntəqələri bir saat sonra bağlanacaq.

Səsvermə başa çatdıqdan sonra seçki komissiyalarının üzvləri səslərin hesablanmasına başlayacaqlar.
Geri qayıt