Rusiya bu ölkəni işğal edəcək -
14-03-2019, 12:24. Yerləşdirdi: Tural
Yaxın onillikdə Qərblə Çin arasında hərbi konflikt başlaya bilər.
Xalqinfo.AZ xəbər verir ki, bunu Praqada Çexiya, Macarıstan və Polşanın NATO-ya üzvlüyünün 20 illiyi münasibətiylə təşkil edilən konfransda çıxışı zamanı ABŞ-ın Avropadakı quru qoşunlarının keçmiş komandanı general Ben Hoces deyib. O, bu savaşın başlayacağı halda ABŞ-a Avropa qitəsi və Avstraliyada etibarlı müttəfiqlərin lazım olacağını bildirib:
“Mən səhv edəcəyimə ümid edirəm, amma Çinin fəaliyyət trayektoriyasını görürəm. Bilirəm ki, burada konflikt ola bilər”.
O, NATO-nun Rusiyaya bütün gücünü göstərməli olduğunu deyib.
Hocesin fikrincə, Krımın işğalıyla Moskva kifayətlənməyəcək. General Moskvanın növbəti hədəfinin Odessa, həmçinin Rumıniya ola biləcəyini də iddia edib.
Geri qayıt