DataLife Engine > BLOK XƏBƏR > Mehriban Əliyeva Xanım Qafarovanı İsrailə göndərir -

Mehriban Əliyeva Xanım Qafarovanı İsrailə göndərir -


9-07-2014, 22:24. Yerləşdirdi: Tural Mehriban Əliyeva Xanım Qafarovanı İsrailə göndərir -
Son günlər səhhəti yenidən ağırlaşan tanınmış aktrisa, əməkdar artist Xanım Qafarovanın müalicəsi İsraildə davam etdiriləcək. AzNews.az-ın məlumatına görə, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyeva bununla bağlı göstəriş verib. Ölkənin birinci xanımı həmçinin aktrisanın qızının təhsil xərclərini də öz üzərinə götürüb.

Mehriban Əliyeva Xanım Qafarovanı İsrailə göndərir -

Xanım Qafarova saytımıza açıqlamasında məlumatı təsdiqləyib və bildirib ki, bir neçə saat əvvəl Heydər Əliyev Fondunun nümayəndələri onunla əlaqə saxlayıblar:

"Fondun nümayəndələri mənə dedilər ki, hazırlaşın, bu dəfə müalicə üçün İsrailə göndəriləcəksiniz. Qızım da mənimlə gedəcək. Mehriban xanım bundan əvvəl də üç dəfə məni Türkiyəyə müalicəyə göndərmişdi və səhhətimdə ciddi irəliləyiş yaranmışdı. İnanırdım ki, o axıra kimi mənim arxamda dayanacaq. Buna görə ona özümün və ailəmin adından minnətdarlığımı bildirirəm. Bu cür dəstək adama yaşamaq üçün stimul verir. Mehriban xanımın bu qərarı onun Azərbaycan mədəniyyətinə yüksək diqqət və qayğısının təzühürüdür".

Qeyd edək ki, aktrisa uzun müddətdir xərçəng xəstəliyindən əziyyət çəkir.
Geri qayıt