DataLife Engine > BLOK XƏBƏR > Prezident: "Səbrimiz tükənir" -

Prezident: "Səbrimiz tükənir" -


27-06-2014, 10:53. Yerləşdirdi: Tural Prezident: "Səbrimiz tükənir" -
"Bizim iradəmizə, siyasətimizə heç kim təsir edə bilməz. Bunu hamı bilsin. İlk növbədə Ermənistan və bu məsələ ilə məşğul olan vasitəçilər də bilsinlər ki, ancaq Azərbaycanın sülhsevər mövqeyi bu gün vəziyyəti sülh şəraitində, atəşkəs rejimində saxlaya bilər. Ancaq bizim səbrimiz tükənməz deyil".

Bunu Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 96-cı ildönümü münasibətilə Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının və Dövlət Sərhəd Xidmətinin birləşmə və hissələrinin irimiqyaslı birgə əməliyyat-taktiki təlimini izləyən prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev deyib.

Prezident bu gün təmas xəttində əldə etdiyimiz üstünlüyün artıq reallıq olduğunu deyib. "Azərbaycan cəmiyyətində, Azərbaycan Ordusunda ruh yüksəkliyi müşahidə olunur. Ermənistanda, Ermənistan ordusunda ruh düşkünlüyü müşahidə olunur. Əgər belə olmasaydı, təkcə birinci rübdə 40 min erməni öz ölkəsini həmişəlik tərk etməzdi. Ermənistanda ciddi demoqrafik böhran yaşanır. Bu böhranın əsas səbəbi onların işğalçı siyasətidir. Onlar hesab edirlər ki, müharibədə üstünlük əldə ediblər. Hanı bu üstünlük? Erməni xalqı səfalət içində yaşayır".

Prezident bildirib ki, Azərbaycan güclənir və regionda güc mərkəzidir. "Bizim iqtisadi gücümüz hərbi gücə çevrilibdir. Biz bundan sonra da öz hərbi imkanlarımızı artıracağıq, bundan sonra da danışıqlar masasında prinsipial mövqeyimizi gücləndirəcəyik. Mən əminəm ki, Azərbaycan ərazi bütövlüyünü bərpa edəcək. Bunu biz bu gün də edə bilərik.
Biz hələ ki, danışıqlara sadiq qalacağıq. Ancaq bir daha demək istəyirəm ki, səbrimiz tükənir və Azərbaycan Ordusu hər an Ali Baş Komandanın əmrini yerinə yetirməyə hazırdır, buna qadirdir".

Ali Baş komandan Azərbaycan bayrağının işğal edilmiş bütün şəhərlərdə, o cümlədən Şuşada, Xankəndidə qaldırılmalı olduğunu və qaldırılacağını deyib.
"Azərbaycan öz ordusuna, öz dövlətinə inanır, ordusuna və dövlətinə güvənir. Azərbaycan dövləti və Azərbaycan Ordusu öz vətəndaşlarını müdafiə edir".ANS PRESS
Prezident: "Səbrimiz tükənir" -
Prezident: "Səbrimiz tükənir" -
Prezident: "Səbrimiz tükənir" -
Prezident: "Səbrimiz tükənir" -
Prezident: "Səbrimiz tükənir" -
Prezident: "Səbrimiz tükənir" -
Prezident: "Səbrimiz tükənir" -
Prezident: "Səbrimiz tükənir" -
Prezident: "Səbrimiz tükənir" -
Prezident: "Səbrimiz tükənir" -
Geri qayıt