DataLife Engine > BLOK XƏBƏR > İlham Əliyev bağlanışa gələn prezidentlə görüşdü-

İlham Əliyev bağlanışa gələn prezidentlə görüşdü-


28-06-2015, 18:40. Yerləşdirdi: Tural İlham Əliyev bağlanışa gələn prezidentlə görüşdü-
Bu gün Azərbaycan Prezidenti İlham Əliyev birinci Avropa Oyunlarının bağlanış mərasimində iştirak etmək üçün ölkəmizə səfərə gələn Bolqarıstan Prezidenti Rosen Plevneliyev ilə görüşüb.


“Qafqazinfo”nun məlumatına görə, İlham Əliyev Bolqarıstan Prezidenti Rosen Plevneliyevi qarşılayıb.

Plevneliyev Avropa Oyunlarının uğurla keçirilməsi münasibətilə İlham Əliyevi təbrik edib, Oyunların yüksək səviyyədə təşkilinə görə dövlət başçısına bolqar xalqının təşəkkürünü çatdırıb. O, bolqar idmançılarının Bakıda onlar üçün yaradılan şəraitdən razı qaldıqlarını bildirib.

“Biz qərara gəldik ki, bu Oyunların standartı mümkün qədər ən yüksək standartlar olsun. İndi isə hər kəs görür ki, bu standartlar Yay Olimpiya standartlarıdır”, - deyən dövlət başçısı birinci Avropa Oyunlarının bəzi parametrlərə görə hətta Yay Olimpiya Oyunlarından daha da yüksəkdə olduğunu deyib.

İlham Əliyev bağlanışa gələn prezidentlə görüşdü-
İlham Əliyev bağlanışa gələn prezidentlə görüşdü-
İlham Əliyev bağlanışa gələn prezidentlə görüşdü-
Geri qayıt