DataLife Engine > BLOK XƏBƏR, MANŞET > İlham Əliyevdən Ziya Məmmədova irad-

İlham Əliyevdən Ziya Məmmədova irad-


1-05-2014, 23:56. Yerləşdirdi: Tural İlham Əliyevdən Ziya Məmmədova irad-
Bu gün prezident İlham Əliyev Ağdaş rayonuna səfəri çərçivəsində Ləki dəmir yolu vağzalının yeni binasının açılışında iştirak edib.


“Xalqinfo” xəbər verir ki, dövlət başçısı vağzal binasının əvvəlki görüntülərini əks etdirən fotostendə baxıb. Burada Azərbaycan Prezidentinə Ağdaş-Qəbələ avtomobil yolunun yenidən qurulması layihəsinin sxemi təqdim edilib. Nəqliyyat naziri Ziya Məmmədov məlumat verib ki, 28 kilometr uzunluğunda yol yenidən qurulacaq və dördzolaqlı olacaq.

Z. Məmmədovun təqdimatına reaksiya verən İ. Əliyev deyib: “Dördzolaqlı olsa, onda gərək ağaclar qırılsın. Dörd zolağa ehtiyac yoxdur, ağaclar heyifdir. Qətiyyən olmaz. Yaxşı ki, mən gəldim və bu sxemi gördüm”.
Qafqazinfo
Geri qayıt