Məzahir Pənahovun oğlu arvadına işgəncə verib - Ağır ittihamlarBölmə: BLOK XƏBƏR
![]() Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun gəlini həyat yoldaşı Məhəmməd Pənahov tərəfindən şiddətə məruz qaldığını deyir. “Xalqinfo” xəbər verir ki, o, Haqqin.az-a müraciət edərək hadisənin ABŞ-də baş verdiyini iddia edib və Azərbaycana qaçaraq həyatda qala bildiyini vurğulayıb. Onun sözlərinə görə, həyat yoldaşı spirtli içki aludəçisi olub. Qadın bildirib ki, əri pivəni içdikdən sonra boş butulkaları onun üzərinə atıb. Bu zaman xanım hamilə olduğunu bildirib. Şikayətçinin sözlərinə görə, şiddətə məruz qaldığı belə insidentlərdən biri zamanı övladını itirib. O, 17 ay birgə yaşadıqdan sonra Kaliforniyada qaldıqları villadan qaçmağa qərar verib. Məlumata görə, qadının valideynləri və qohumları dəfələrlə ona Kaliforniyada polisə müraciət etməyi tövsiyə ediblər, lakin o, Bakıya qaçaraq xilas olub. Qeyd olunub ki, Pənahovun oğlu Bakıda olan həyat yoldaşına zəng edərək onu hədələyib. Nəticədə qadın boşanma iddiası ilə Binəqədi Rayon Məhkəməsinə müraciət edib. Məlumat üçün bildirək ki, cütlük 2022-ci il iyunun 28-də Bakıda ailə həyatı qurub, daha sonra Los-Ancelesə köçüb. ![]() ![]() |
XƏBƏR LENTİ
11.05.25 05:54 | ABŞ təsdiqlədi: Ukraynaya 125 raket və 100 "Patriot"...
11.05.25 05:53 | Bu ölkədə şahmat qadağan edildi
11.05.25 05:49 | “Heydər Əliyevin qurduğu dövlət hədəflərə doğru inamla irəliləyir”
11.05.25 05:44 | Britaniya Ukraynaya “Raven” sistemlərini göndərir
11.05.25 05:42 | BMT rəsmisi Hindistan və Pakistan arasındakı atəşkəsi alqışladı
11.05.25 05:35 | Ağır qəzada ölən iki qardaşın - Fotosu
11.05.25 05:34 | 4 ölkənin lideri Kiyevdədir
11.05.25 05:31 | “Hesab etdim ki, məhz bu gün burada olmalıyam”
11.05.25 05:25 | Tofiq Yaqublu aclıq aksiyasını dayandırdı
10.05.25 14:55 | Heydər Əliyev siyasi irsinin təməl sütunları
04.05.25 15:34 | Deputat Azər Badamov Moskva aeroportunda saxlanıldı
20.04.25 07:21 | “Kursk vilayətinin 99,5 faizi azad edilib”
20.04.25 07:19 | Bu vitamin çatışmazlığı xəstəliyə səbəb olur
20.04.25 04:27 | Bu generala yüksək vəzifə verildi
20.04.25 04:16 | İcra başçısının qazi haqda şikayəti ilə bağlı qərar verildi
20.04.25 04:12 | Ağstafada toydan uşaq oğurlayan qazi saxlanıldı
20.04.25 04:06 | Putin “Pasxa atəşkəsi” elan etdi
20.04.25 04:02 | Şərurlu İsfəndiyarın oğlu həbs edildi
18.04.25 10:22 | Rusiya dünyada analoqu olmayan xərçəng dərmanı hazırladı
17.04.25 17:19 | “Səhhətlərində problem varsa, müalicə üçün şərait yaradılmalıdır”
17.04.25 17:17 | Prezident onları nazir müavini təyin etdi
17.04.25 17:06 | Orduxan Teymurxan Baş Prokurorluğa çağırıldı
|