Türkiyə liderlərinin reytinqi ilə bağlı SON SORĞU - Xalq kimə səs verəcək?Bölmə: BLOK XƏBƏR
![]() Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özəlin İstanbul bələdiyyəsinin həbsdə olan sədri Əkrəm İmamoğlunun iştirak etməyəcəyi seçkilərdə prezidentliyə namizəd olma ehtimalı getdikcə güclənir. Xalqinfo .az Teleqraf -a istinadən xəbər verir ki, bu barədə “Hürriyet” qəzeti məlumat yayıb. “Betimar” Araşdırmalar Mərkəzinin “Özgür Özəl CHP-nin prezidentliyə namizədi olsaydı, səs verərdinizmi” sualına CHP üzvləri arasında “Bəli” deyənlərin nisbəti 37,5 faiz, “Xeyr” deyənlərin nisbəti isə 56,3 faiz olub. Amma müxalifətin prezidentliyə namizədinin kim olacağı sualına cavablarda birinci yerdə Əkrəm İmamoğlu gəlir. “Əkrəm İmamoğlu namizəd olsa, səs verəcəm” deyənlərin nisbəti 45,5 faizdir, Ankara bələdiyyəsinin sədri Mansur Yavaş bu baxımdan 25,3 faizlə üçüncüdür. “Betimar” müxtəlif siyasi seqmentləri təmsil edən respondentlərə “Əkrəm İmamoğlu namizəd ola bilməsə, CHP-nin namizədi olaraq kimə səs verərdiniz” sualını da ünvanlayıb. Mansur Yavaşın adını çəkənlərin nisbəti 46,2 faiz olduğu halda, “Özgür Özəl” deyənlərin nisbəti 14,2 faizdir. Məlumatda deyilir ki, ümumi sorğularda Prezident Rəcəb Tayyib Ərdoğan səslərini 35,2 faiz artıraraq birinciliyini qoruduğu halda, Mansur Yavaş 32,4 faizlə ikinci pilləyə yüksəlib. Özgür Özəlin 15,1 faizlə üçüncü olduğu yarışda DEM Partiyasının namizədinə dəstək 8,3 faizdir. DEM Partiyası da prezidentliyə namizəd irəli sürərsə, dördtərəfli yarış baş tutacaq. Qeyd olunur ki, belə bir mübarizədə Favorit Prezident Ərdoğandır. Prezident Ərdoğan 34,7 faizlə birinci, Əkrəm İmamoğlu isə 26,3 faizlə ikinci yerdədir. Mansur Yavaş 23 faizlə üçüncüdürsə, DEM Partiyasının prezidentliyə namizədi 7,7 faiz dəstək alır. |
XƏBƏR LENTİ
11.05.25 05:54 | ABŞ təsdiqlədi: Ukraynaya 125 raket və 100 "Patriot"...
11.05.25 05:53 | Bu ölkədə şahmat qadağan edildi
11.05.25 05:49 | “Heydər Əliyevin qurduğu dövlət hədəflərə doğru inamla irəliləyir”
11.05.25 05:44 | Britaniya Ukraynaya “Raven” sistemlərini göndərir
11.05.25 05:42 | BMT rəsmisi Hindistan və Pakistan arasındakı atəşkəsi alqışladı
11.05.25 05:35 | Ağır qəzada ölən iki qardaşın - Fotosu
11.05.25 05:34 | 4 ölkənin lideri Kiyevdədir
11.05.25 05:31 | “Hesab etdim ki, məhz bu gün burada olmalıyam”
11.05.25 05:25 | Tofiq Yaqublu aclıq aksiyasını dayandırdı
10.05.25 14:55 | Heydər Əliyev siyasi irsinin təməl sütunları
04.05.25 15:34 | Deputat Azər Badamov Moskva aeroportunda saxlanıldı
20.04.25 07:21 | “Kursk vilayətinin 99,5 faizi azad edilib”
20.04.25 07:19 | Bu vitamin çatışmazlığı xəstəliyə səbəb olur
20.04.25 04:27 | Bu generala yüksək vəzifə verildi
20.04.25 04:16 | İcra başçısının qazi haqda şikayəti ilə bağlı qərar verildi
20.04.25 04:12 | Ağstafada toydan uşaq oğurlayan qazi saxlanıldı
20.04.25 04:06 | Putin “Pasxa atəşkəsi” elan etdi
20.04.25 04:02 | Şərurlu İsfəndiyarın oğlu həbs edildi
18.04.25 10:22 | Rusiya dünyada analoqu olmayan xərçəng dərmanı hazırladı
17.04.25 17:19 | “Səhhətlərində problem varsa, müalicə üçün şərait yaradılmalıdır”
17.04.25 17:17 | Prezident onları nazir müavini təyin etdi
17.04.25 17:06 | Orduxan Teymurxan Baş Prokurorluğa çağırıldı
|