Ukrayna burdan vurulur - Hərbi sirr yayıldı, RİA dərhal...Bölmə: BLOK XƏBƏR
![]() Aprelin 15-də səhər saatlarında “RİA Novosti” agentliyi özünün Teleqram kanalında Ukrayna ərazisinə hücum edən PUA operatorlarının “Moskva Siti” biznes mərkəzinin qüllələrindən birində oturduğunu göstərən iki məlumat dərc edib. Xalqinfo.az xəbər verir ki, birinci məlumatda Moskvadan idarə olunan PUA-nın ilk dəfə olaraq Ukrayna ordusunun Çasov Yardakı obyektinə son dərəcə uzaq məsafədən zərbə endirdiyi bildirilib. İkinci məlumatda isə Moskvadan idarə olunan PUA-nın Çasov Yar yaxınlığında yerləşən “Espanyola” briqadasının ekipajı tərəfindən uçuşa hazırlandığı vurğulanıb. “Komandir “Moskva-Siti”də oturaraq hədəfi məhv edir”, - videoda qeyd olunub. “Espanyola”nın Teleqram kanalında da yazılıb ki, dron “İspanyalı” ləqəbli briqada komandiri Stanislav Orlov tərəfindən idarə olunub. “Moskva Siti”dəki kirayə mənzillərin birində oturan “İspaniyalı” “Ovod” dronu ilə Çasov Yardakı hədəfi uğurla məhv edib. Agentliyin bu paylaşımı rusiyalı hərbi blogerlər tərəfindən kəskin tənqid olunub. “Bu videodan sonra Moskvadakı hündürmərtəbəli binalara hücum edən düşmən PUA operatorlarını vurduğunu deyəcək?” - hərbi jurnalist Vladimir Romanov əsəbiləşib. “İnsayder” nəşri isə yazıb ki, Rusiya Silahlı Qüvvələrinin Baş Hesablama Mərkəzinin tərkibindəki gizli bölmə Ukrayna ərazisinə raketlərin istiqamətləndirilməsi ilə məşğul olur. RİA hər iki məlumatı saat yarım sonra silib. |
XƏBƏR LENTİ
11.05.25 05:54 | ABŞ təsdiqlədi: Ukraynaya 125 raket və 100 "Patriot"...
11.05.25 05:53 | Bu ölkədə şahmat qadağan edildi
11.05.25 05:49 | “Heydər Əliyevin qurduğu dövlət hədəflərə doğru inamla irəliləyir”
11.05.25 05:44 | Britaniya Ukraynaya “Raven” sistemlərini göndərir
11.05.25 05:42 | BMT rəsmisi Hindistan və Pakistan arasındakı atəşkəsi alqışladı
11.05.25 05:35 | Ağır qəzada ölən iki qardaşın - Fotosu
11.05.25 05:34 | 4 ölkənin lideri Kiyevdədir
11.05.25 05:31 | “Hesab etdim ki, məhz bu gün burada olmalıyam”
11.05.25 05:25 | Tofiq Yaqublu aclıq aksiyasını dayandırdı
10.05.25 14:55 | Heydər Əliyev siyasi irsinin təməl sütunları
04.05.25 15:34 | Deputat Azər Badamov Moskva aeroportunda saxlanıldı
20.04.25 07:21 | “Kursk vilayətinin 99,5 faizi azad edilib”
20.04.25 07:19 | Bu vitamin çatışmazlığı xəstəliyə səbəb olur
20.04.25 04:27 | Bu generala yüksək vəzifə verildi
20.04.25 04:16 | İcra başçısının qazi haqda şikayəti ilə bağlı qərar verildi
20.04.25 04:12 | Ağstafada toydan uşaq oğurlayan qazi saxlanıldı
20.04.25 04:06 | Putin “Pasxa atəşkəsi” elan etdi
20.04.25 04:02 | Şərurlu İsfəndiyarın oğlu həbs edildi
18.04.25 10:22 | Rusiya dünyada analoqu olmayan xərçəng dərmanı hazırladı
17.04.25 17:19 | “Səhhətlərində problem varsa, müalicə üçün şərait yaradılmalıdır”
17.04.25 17:17 | Prezident onları nazir müavini təyin etdi
17.04.25 17:06 | Orduxan Teymurxan Baş Prokurorluğa çağırıldı
|