» » Azərbaycanda Anım Günüdür

Azərbaycanda Anım Günüdür

Bölmə: BLOK XƏBƏR
Azərbaycanda Anım Günüdür





Bu gün Ermənistanın Azərbaycana qarşı hərbi təxribatlarının, döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə başladılan Vətən müharibəsində canlarından keçən qəhrəman şəhidlərimizin Anım Günüdür.

Artıq dördüncü ildir sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd olunur.

Anım Günü ilə əlaqədar mərkəzi və yerli icra hakimiyyəti strukturları ölkə miqyasında bir sıra tədbirlər təşkil edəcək, eləcə də ölkəmizin xaricində anım mərasimləri keçiriləcək.

Ötən illərdə olduğu kimi, bu il də Anım Günündə şəhidlərimiz Azərbaycanda fəaliyyət göstərən dini məbədlərdə - məscidlərdə, kilsələrdə, sinaqoqlarda dərin ehtiramla yad olunacaq, Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş Vətən övladlarının ruhuna dualar oxunacaq.

Saat 12:00-da ölkə ərazisində şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək.

Prezident İlham Əliyevin 2 dekabr 2020-ci il Sərəncamına əsasən, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq hər il sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd edilir.


2020-ci il sentyabrın 27-də Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinin hərbi təxribatlarının, döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə bütün cəbhə boyu əks-hücum əməliyyatlarına başlayıb. 44 günlük Vətən müharibəsi Azərbaycanın həm döyüş meydanında, həm də siyasi masada qələbəsi ilə başa çatıb. Bütün bunlara Azərbaycan Ordusunun 2 908 şəhidinin qanı bahasına nail olunub.

2023-cü il sentyabrın 19-da isə Azərbaycan Silahlı Qüvvələri tərəfindən üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək Azərbaycan ərazilərindən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçuların təhlükəsizliyinin təmin olunması və ölkənin Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə lokal xarakterli antiter­ror tədbirlərinə başlanılmışdı.

24 saatdan az müddətdə həyata keçirilən antiterror tədbirləri nəticəsində Azərbaycan ərazisində qanunsuz yerləşən Ermənistan ordusu tam şəkildə tərksilah edilərək ölkəni tərk etdi. Qarabağda qeyri-qanuni xunta rejimi ləğv edildi, Azərbaycan hüquq-mühafizə orqanlarının həyata keçirdiyi tədbirlər nəticəsində separatçıların əsas rəhbərləri həbs olundu.

Antiterror tədbirləri zamanı Azərbaycan Ordusunun 192 hərbçisi şəhidlik zirvəzinə yüksəldi.

Beləliklə, Vətən müharibəsi və antiterror tədbirləri nəticəsində uzun illər erməni işğalı altında olan Azərbaycanın əzəli və əbədi torpaqları azad olundu. Bununla da Azərbaycanın bütün ərazilərində dövlət suverenliyi və Konstitusiya quruluşu bərpa edildi.

Allah şəhidlərimizə rəhmət eləsin!








Şərhlər
(0)
Vətən müharibəsi

Bloqlar

Amal Abuşov
Belaruslar üçün Sumqayıtda hamam problemi

Murad KÖHNƏQALA
Acizliyin əzabları

Hüseynbala Səlimov
Ukrayna üçün “Yuqoslaviya senarisi” mümkündürmü?

Amal Abuşov
"Sumqayıt"ın yeni baş məşqçisi kim olacaq?

Asif Nərimanlı
Blinkenin zəngi: Vaşinqton Bakıdan nə istəyir?

Şəlalə Göytürk Niaqara
"Tarixin sonu", yoxsa böyük illüziyanın gözlənilməz finalı?

Hüseynbala Səlimov
Söhbət Naxçıvana dəhlizdən gedirsə...

Asif Nərimanlı
Sülh sazişinin razılaşdırılmayan 3 bəndində nələr var? - DETALLAR
Oxşar xəbərlər

Payızda izdihamın qaça biləcəyiniz İtaliyanın ən yaxşı çimərlik şəhərləri (SİYAHI)


13:55 / 26.09.2024

Avropa Liqasında gecənin nəticələri


01:38 / 27.09.2024

"Qarabağ" İngiltərədə "Tottenhem" uduzdu


09:28 / 26.09.2024

Avropa Liqası: “Tottenhem” - “Qarabağ” matçının vaxtı dəyişdi


23:02 / 26.09.2024

Vətən müharibəsinin başlamasından 4 il ötür


00:09 / 27.09.2024

Botsvana prezidenti Almaniyaya müraciət etdi, xalqının filləri yeyəcəyini dedi


19:02 / 26.09.2024

Azərbaycanda Anım Günüdür


00:16 / 27.09.2024

"Ordu kifayət etməyəcək" - Britaniya xalqı Rusiya ilə müharibəyə hazırlaşmağa çağırdı


15:42 / 26.09.2024

Hər şey 800 metrlik məsafədədir - Dünyanın gəzinti üçün ən yaxşı şəhəri


14:11 / 26.09.2024

Messi "İnter Mayami"dən ayrılır, bu kluba keçir


16:59 / 26.09.2024

Naxçıvan Ali Məclisi sədr seçə bilmədi - Namizəd dəstəklənmədi | Qaynarinfo.az
REKLAM

Sabiq ombudsman deputat seçildi - Direktor vəzifəsini də itirdi | Qaynarinfo.az
REKLAM
Sorğu
Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
Bəli
Qismən məhdulaşdırılsın
Xeyr
SƏS VER

© 2012-2021 qaynarinfo.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması tələb olunur.
Created by

0
SON XƏBƏRLƏR
10157


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler