“Zurabişvili Saakaşvilini əfv edə bilər”Bölmə: BLOK XƏBƏR
![]() “Gürcüstan Prezidenti Salome Zurabişvili keçmiş dövlət başçısı Mixail Saakaşvilinin əfv planını nəzərdən keçirir”. “Xalqinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili bildirib. “Salome Zurabişvili şəxsən Mixail Saakaşvili və “Vahid Milli Hərəkat” sayəsində vəzifədə qalmaqdadır. Siz gürcü xalqının əhval-ruhiyyəsini, Konstitusiya Məhkəməsi və parlamentin onun impiçmenti ilə bağlı qərarını görmüşdünüz. Əlbəttə ki, bütün bunların əfvlə bağlı öz öhdəlikləri var və əminəm ki, onun belə planları olacaq”, - Papuaşvili deyib. Gürcüstan parlamentinin spikeri xatırladıb ki, Zurabişvilinin Gürcüstan Konstitusiyasını pozduğuna görə 2023-cü ilin oktyabrında qanunverici orqanda impiçment səsverməsi keçiriləndə “Vahid Milli Hərəkat” bunun əleyhinə səs verib və bu da ona öz postunu saxlamağa imkan verib. Qeyd edək ki, “Vahid Milli Hərəkat” Partiyası 2001-ci ildə M. Saakaşvili tərəfindən yaradılıb. Xatırladaq ki, hazırda Ukrayna vətəndaşı olan Saakaşvili 2013-cü ildə Gürcüstanı tərk edib, bundan sonra ölkədə ona qarşı dörd cinayət işi açılıb, onlardan ikisinə görə siyasətçi qiyabi olaraq üç və altı il müddətinə azadlıqdan məhrum edilib. Müxalifətin 7 noyabr 2007-ci il mitinqinin dağıdılması, Gürcüstanın “İmedi” teleşirkətinin ofisinin talan olunması və 9 milyon lariyə yaxın (3,3 milyon dollardan çox) dövlət vəsaitinin mənimsənilməsinə dair işlər baxılmaqdadır. 2021-ci ilin oktyabrında Saakaşvili gizli şəkildə Gürcüstana gəlib, lakin həbs olunub. Bundan sonra ona qarşı yeni ittiham irəli sürülüb - sərhədi qanunsuz keçmək. 2022-ci ilin may ayında səhhətinin pisləşməsi səbəbindən Tbilisinin özəl “Vivamed” klinikasına yerləşdirilib. |
XƏBƏR LENTİ
11.05.25 05:54 | ABŞ təsdiqlədi: Ukraynaya 125 raket və 100 "Patriot"...
11.05.25 05:53 | Bu ölkədə şahmat qadağan edildi
11.05.25 05:49 | “Heydər Əliyevin qurduğu dövlət hədəflərə doğru inamla irəliləyir”
11.05.25 05:44 | Britaniya Ukraynaya “Raven” sistemlərini göndərir
11.05.25 05:42 | BMT rəsmisi Hindistan və Pakistan arasındakı atəşkəsi alqışladı
11.05.25 05:35 | Ağır qəzada ölən iki qardaşın - Fotosu
11.05.25 05:34 | 4 ölkənin lideri Kiyevdədir
11.05.25 05:31 | “Hesab etdim ki, məhz bu gün burada olmalıyam”
11.05.25 05:25 | Tofiq Yaqublu aclıq aksiyasını dayandırdı
10.05.25 14:55 | Heydər Əliyev siyasi irsinin təməl sütunları
04.05.25 15:34 | Deputat Azər Badamov Moskva aeroportunda saxlanıldı
20.04.25 07:21 | “Kursk vilayətinin 99,5 faizi azad edilib”
20.04.25 07:19 | Bu vitamin çatışmazlığı xəstəliyə səbəb olur
20.04.25 04:27 | Bu generala yüksək vəzifə verildi
20.04.25 04:16 | İcra başçısının qazi haqda şikayəti ilə bağlı qərar verildi
20.04.25 04:12 | Ağstafada toydan uşaq oğurlayan qazi saxlanıldı
20.04.25 04:06 | Putin “Pasxa atəşkəsi” elan etdi
20.04.25 04:02 | Şərurlu İsfəndiyarın oğlu həbs edildi
18.04.25 10:22 | Rusiya dünyada analoqu olmayan xərçəng dərmanı hazırladı
17.04.25 17:19 | “Səhhətlərində problem varsa, müalicə üçün şərait yaradılmalıdır”
17.04.25 17:17 | Prezident onları nazir müavini təyin etdi
17.04.25 17:06 | Orduxan Teymurxan Baş Prokurorluğa çağırıldı
|