Qardaşı oğlu ona səs verməyəcək - “Əmim dəlidir”Bölmə: BLOK XƏBƏR
ABŞ-nin keçmiş prezidenti Donald Trampın qardaşı oğlu Fred seçkilərdə hazırkı vitse-prezident Kamala Harrisə səs verməyi planlaşdırır. “Xalqinfo” xəbər verir ki, o, bu barədə ABC televiziyasına müsahibəsində bildirib. Onun sözlərinə görə, Trampa səs verməsə də, əmisi qalib gələrsə və o, dəvət olunarsa, inauqurasiyada iştirak etməyi planlaşdırır. “Ailələr mürəkkəbdir. Hər ailənin öz dəli əmisi var. Mənim əmim Donald dəlidir”, - Fred Tramp deyib. Xatırladaq ki, iyulun 21-də ABŞ-nin hazırkı Prezidenti Cozef Bayden dövlət başçısı postuna yenidən seçilmək istəmədiyini elan edib və vitse-prezident Kamala Harrisin namizədliyini dəstəklədiyini bildirib. ABŞ-də noyabrın 5-də prezident seçkiləri baş tutacaq. |
XƏBƏR LENTİ
27.09.24 07:08 | Azərbaycanda Anım Günüdür
27.09.24 07:05 | ABŞ-də Zelenskiyə xəbərdarlıq olundu
27.09.24 07:01 | Nazirimiz Baydenlə görüşdü
27.09.24 06:54 | Paşinyanla görüşdən sonra sülh müqaviləsindən danışdı
27.09.24 06:51 | Daşkəsəndə səfərbərlik şöbəsinin rəisi həbs edildi
27.09.24 06:45 | Vətən müharibəsinin başlamasından 4 il ötür
23.09.24 14:03 | Göstəriş verilib, maaş və pensiya artırılır - Prezidentdən müjdə
|