İsrail Livanın paytaxtına zərbələr endirdiBölmə: BLOK XƏBƏR
![]() İsrail təyyarələri Livanın paytaxtı Beyrutun cənubunda Hizbullahın obyektlərinə 4 raket zərbəsi endirib. Xalqinfo.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Bildirilib ki, raketlərdən biri Hizbullahın qərargahından 100 metr aralıda yerləşən Bahman xəstəxanasına düşüb. *** İsrail ordusu Beyruta zərbə endirdiyini açıqlayıb. Bildirilib ki, hücumun hədəfi Hizbullahın Məcdəl-Şəms kəndinə qanlı hücumuna görə məsuliyyət daşıyan komandirlərindən biri olub. Yerli mənbələr isə hücum zamanı Hizbullahın iki komandirinin öldüyünü bildirir. |
|