» » Sabiq nazirin qızı deputatlığa namizəd oldu

Sabiq nazirin qızı deputatlığa namizəd oldu

Bölmə: BLOK XƏBƏR
Sabiq nazirin qızı deputatlığa namizəd oldu




1 sentyabrda keçiriləcək növbədənkənar parlament seçkilərində Yeni Azərbaycan Partiyasının namizədləri siyahısında keçmiş deputat və məmur övladlarının adı yer alıb.

Xalqinfo.az Teleqraf.com-a istinadla xəbər verir ki, YAP-ın 48 saylı Abşeron birinci Seçki Dairəsindən namizədliyini irəli sürdüyü Nigar Məmmədova sabiq Ədliyyə naziri Fikrət Məmmədovun qızıdır.

YAP tərəfindən namizədliyi irəli sürülmüş Nigar Məmmədova Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin sədridir.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler