» » Əli Nağıyev qərar imzaladı

Əli Nağıyev qərar imzaladı

Bölmə: BLOK XƏBƏR
Əli Nağıyev qərar imzaladı




Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin 2017-ci il 20 iyul tarixli Q/15 nömrəli Qərarı ilə təsdiq edilmiş “Götürülmüş əşyaların, pulların və digər qiymətlilərin məhkəmənin qərarınadək Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində uçotu, saxlanılması və aidiyyəti üzrə təhvil verilməsi barədə Təlimat”da dəyişiklik edilməsi haqqında qərar imzalayıb.

"Xalqinfo" xəbər verir ki, qərarda deyilir:


"1. Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin 2017-ci il 20 iyul tarixli Q/15 nömrəli Qərarı ilə təsdiq edilmiş “Götürülmüş əşyaların, pulların və digər qiymətlilərin məhkəmənin qərarınadək Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində uçotu, saxlanılması və aidiyyəti üzrə təhvil verilməsi barədə Təlimat”ın 1.2.5-ci yarımbəndində birinci halda “məişət tullantılarında” sözləri “məişət məmulatlarında” sözləri ilə, “istehsal və məişət tullantılarında” sözləri “tullantılarda” sözü ilə əvəz edilsin.

2. Hüquqi təminat idarəsi: bu Qərarın Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün 3 gün müddətində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim olunması təmin edilsin".


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler