» » Tramp mitinq zamanı güllələndi

Tramp mitinq zamanı güllələndi

Bölmə: BLOK XƏBƏR
 Tramp mitinq zamanı güllələndi



ABŞ prezidentliyinə namizəd Donald Trampın mitinqi zamanı atəş açılıb.

“Xalqinfo” xarici mətbuata istinadən xəbər verir ki, hadisə eks-prezidentin Pensilvaniyada keçirilən çıxışı zamanı baş verib. Görüntülərdə atəş səslərinin eşidildiyi, Trampın qulağından zədələndiyi əks olunub.

Sabiq prezidentin sözçüsü Stiven Çun Donald Trampa qarşı uğursuz sui-qəsd cəhdindən sonra vəziyyətinin yaxşı olduğunu açıqlayıb.

Sui-qəsd zamanı mitinq iştirakçılarından bir nəfər həlak olduğu deyilir.


“The Washington Post” nəşrinin məlumatına görə, ona atəş açan şəxs polis tərəfindən zərərsizləşdirilib.

ABŞ-nin hazırki prezidenti Co Bayden Ağ Evin keçmiş rəhbəri Donald Trampla telefon danışığı aparıb. Lakin iki siyasətçinin telefon danışığının təfərrüatları barədə məlumat verilmir.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler