Azərbaycanın heç bir torpağı işğalda deyil - İran səfiriBölmə: BLOK XƏBƏR
![]() Biz ilk növbədə regionda müharibənin qarşısını almaq üçün hər şeyi edəcəyik. İstəyirik ki, hamı bir-birinin ərazi bütövlüyünə hörmət etsin. Axar.az xəbər verir ki, bu sözləri İranın Ermənistandakı səfiri Mehdi Sübhani “Azadlıq” radiosuna müsahibəsində jurnalistin “Azərbaycan Ermənistana hərbi təcavüz etməyə cəhd etsə, İran müdaxilə edəcək, ya yox?” sualına cavab verərkən deyib. O bildirib ki, bizim ən böyük səylərimiz regionda müharibənin qarşısını almağa yönəlib: “Beynəlxalq cəmiyyət də bunu istəyir. Ermənistanın ərazi bütövlüyü beynəlxalq ictimaiyyət tərəfindən tanınır, sərhədləri aydındır. Və onun müharibə məqsədi yoxdur. Biz görürük ki, Ermənistan sülhü və sabitliyi qorumaq istəyir. Bu istək, sülh və sərhədlərin müəyyən edilməsi tərəflərin müharibə istəmədiyini göstərir. Nəhayət, müharibə üçün heç bir əsas yoxdur. Heç bir Azərbaycan torpağı Ermənistanın nəzarətində deyil ki, buna görə Ermənistana hücum etsinlər. Düşünürəm ki, Azərbaycan hökuməti də nəzərə alacaq ki, müharibəyə heç bir əsas yoxdur. Təqdim etdiyiniz fərziyyə, bu baş verərsə, təbii ki, beynəlxalq ictimaiyyət buna mənfi reaksiya verəcək”. |
XƏBƏR LENTİ
20.04.25 07:21 | “Kursk vilayətinin 99,5 faizi azad edilib”
20.04.25 07:19 | Bu vitamin çatışmazlığı xəstəliyə səbəb olur
20.04.25 04:27 | Bu generala yüksək vəzifə verildi
20.04.25 04:16 | İcra başçısının qazi haqda şikayəti ilə bağlı qərar verildi
20.04.25 04:12 | Ağstafada toydan uşaq oğurlayan qazi saxlanıldı
20.04.25 04:06 | Putin “Pasxa atəşkəsi” elan etdi
20.04.25 04:02 | Şərurlu İsfəndiyarın oğlu həbs edildi
18.04.25 10:22 | Rusiya dünyada analoqu olmayan xərçəng dərmanı hazırladı
17.04.25 17:19 | “Səhhətlərində problem varsa, müalicə üçün şərait yaradılmalıdır”
17.04.25 17:17 | Prezident onları nazir müavini təyin etdi
17.04.25 17:06 | Orduxan Teymurxan Baş Prokurorluğa çağırıldı
17.04.25 14:12 | Temperatur 19 dərəcəyə yüksələcək
17.04.25 14:10 | Tiflis Bakının tələb etdiyi jurnalisti azad elədi
17.04.25 12:54 | Qızılın qiyməti rekordu yenilədi
17.04.25 12:45 | Ukrayna Basayevin hərbi taktikasını tətbiq edir
17.04.25 12:24 | Ukrayna burdan vurulur - Hərbi sirr yayıldı, RİA dərhal...
|