Üç ildən sonra veteranlıq statusu ala bildiBölmə: BLOK XƏBƏR
![]() Vətən müharibəsində iştirak edən jurnalist Hafiz Əhmədov 3 ildən sonra müharibə veteranı statusu qazanıb. “Xalqinfo” xəbər verir ki, bu barədə o, öz sosial şəbəkə hesabında paylaşım edib. H.Əhmədovun sözlərinə görə, bunun üçün illərlə mübarizə aparmalı olub və könüllü cəbhəyə yazılmasının 4-cü ildönümündə təsdiq cavabı alıb: “Nəhayət, mənim də veteranlıq statusum təsdiq olundu. Artıq mən də müharibə veteranıyam! 3 ildən sonra haqq, ədalət zəfər çaldı! Həyatımda qazandığım ən böyük uğurumdur. Ədalətli, vicdanlı, qorxmaz, mərhəmətli olub haqqı müdafiə edənlərin hər birinə dərindən təşəkkür edirəm. Mən 4 il öncə məhz Tovuz döyüşlərində qəhrəman generalımız Polad Həşimov şəhid olan gün Tovuz Rayon Səfərbərlik İdarəsində könüllü əsgər kimi qeydiyyatdan keçmişdim. Veteran statusum da Tovuz döyüşlərinin ildönümü günündə, yəni 12 iyul 2024-cü il tarixində təsdiq olundu”. Ətraflı Məlumat üçün bildirək ki, H. Əhmədov bu problemlə bağlı hələ 2022-ci ilin fevralında “Qafqazinfo”ya müraciət etmişdi. Onunla bərabər müharibədə Hərbi Hava Qüvvələrində xidmət edən 200-dən çox könüllü əsgərin veteran statusu ala bilməməsi ilə bağlı məqalə dərc etmişdik. H. Əhmədov şikayətində müharibə müddətində ölkənin strateji obyektlərinin qorunmasını təmin etdiklərini, lakin xidmətlərinə görə heç bir medal belə almadıqlarını demişdi. Hərbi hissədən könüllü əsgər olmaları səbəbindən onlara müharibə veteranı statusunun düşmədiyi bildirilmişdi. |
XƏBƏR LENTİ
11.05.25 05:54 | ABŞ təsdiqlədi: Ukraynaya 125 raket və 100 "Patriot"...
11.05.25 05:53 | Bu ölkədə şahmat qadağan edildi
11.05.25 05:49 | “Heydər Əliyevin qurduğu dövlət hədəflərə doğru inamla irəliləyir”
11.05.25 05:44 | Britaniya Ukraynaya “Raven” sistemlərini göndərir
11.05.25 05:42 | BMT rəsmisi Hindistan və Pakistan arasındakı atəşkəsi alqışladı
11.05.25 05:35 | Ağır qəzada ölən iki qardaşın - Fotosu
11.05.25 05:34 | 4 ölkənin lideri Kiyevdədir
11.05.25 05:31 | “Hesab etdim ki, məhz bu gün burada olmalıyam”
11.05.25 05:25 | Tofiq Yaqublu aclıq aksiyasını dayandırdı
10.05.25 14:55 | Heydər Əliyev siyasi irsinin təməl sütunları
04.05.25 15:34 | Deputat Azər Badamov Moskva aeroportunda saxlanıldı
20.04.25 07:21 | “Kursk vilayətinin 99,5 faizi azad edilib”
20.04.25 07:19 | Bu vitamin çatışmazlığı xəstəliyə səbəb olur
20.04.25 04:27 | Bu generala yüksək vəzifə verildi
20.04.25 04:16 | İcra başçısının qazi haqda şikayəti ilə bağlı qərar verildi
20.04.25 04:12 | Ağstafada toydan uşaq oğurlayan qazi saxlanıldı
20.04.25 04:06 | Putin “Pasxa atəşkəsi” elan etdi
20.04.25 04:02 | Şərurlu İsfəndiyarın oğlu həbs edildi
18.04.25 10:22 | Rusiya dünyada analoqu olmayan xərçəng dərmanı hazırladı
17.04.25 17:19 | “Səhhətlərində problem varsa, müalicə üçün şərait yaradılmalıdır”
17.04.25 17:17 | Prezident onları nazir müavini təyin etdi
17.04.25 17:06 | Orduxan Teymurxan Baş Prokurorluğa çağırıldı
|