Kərəm Mustafayev işdən çıxarıldı - Yerinə o təyin olunduBölmə: BLOK XƏBƏR
![]() Müdafiə nazirinin müavini-Əlahiddə Ümumqoşun ordunun komandanı general-polkovnik Kərəm Mustafayev vəzifəsindən azad edilib. “Xalqinfo”nun məlumatına görə, bu barədə müvafiq sərəncam imzalanıb. Məlumata görə, Vətən Müharibəsi Qəhrəmanı general-mayor Kənan Seyidov Müdafiə nazirinin müavini-Əlahiddə Ümumqoşun ordunun komandanı təyin edilib. Qeyd edək ki, general Kənan Seyidov Müdafiə Nazirliyinin Quru Qoşunlarının 5-ci Ordu Korpusunun Komandiri, Xüsusi Təyinatlı Qüvvələr Komandanının birinci müavini-Qərargah rəisi vəzifələrində işləyib. Vətən müharibəsindəki iştirakına görə, müxtəlif orden və medallarla o cümlədən, Vətən Müharibəsi Qəhrəmanı fəxri adı ilə təltif edilib. *** Kərəm Mustafayev Manset.az-a açıqlamasında məlumatı təsdiq edib. |
|