» » İranda prezident seçkisinin ilkin nəticələri – Təcili

İranda prezident seçkisinin ilkin nəticələri – Təcili

Bölmə: BLOK XƏBƏR
İranda prezident seçkisinin ilkin nəticələri – Təcili


12 Punto 14 Punto 16 Punto 18 Punto
Şərqi Azərbaycan, Loristan, Kirmanşah və Kürdüstan əyalətlərinin bir neçə rayonunun kəndlərində prezident seçkilərinin ilkin nəticələri elan edilib.

Xalqinfo.az xəbər verir ki, bu barədə yerli mənbələr məlumat yayıb.

Adıçəkilən əyalətlərin kəndlərində sayılan səslərin nəticələrinə görə, Məsud Pezeşkian böyük fərqlə rəqibi Səid Cəlilidən öndədir.

Şərqi Azərbaycan əyalətinin Vərziğan, Xudafərin, Kəleybər rayonlarının yüzlərlə kəndində səslər sayılıb, bəzi bölgələrdə Pezeşkian rəqibindən bir neçə dəfə çox səs toplayıb.

Vərziğanın 39 kəndinin seçki nəticələrinə görə, Pezeşkian 10 000, Cəlili isə 771 səs toplayıb. Kəleybər bölgəsinin Abış Əhməd şəhərində Pezeşkiana verilən səslərin sayı 8909, Cəliliyə isə 940 təşkil edib.

Qeyd edək ki, kəndlər və qəsəbələrdə seçici sayı az olduğuna görə səsvermə tez bitib və sandıqlar açılaraq səslər sayılıb.

Böyük şəhərlərdə isə səsvermə davam edir. İran Seçki Qərargahının rəhbəri Möhsün İslami səsvermənin 00:00-a qədər uzadıldığını bildirib.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler