İsmayıllıda 17 yaşlı oğlan itkin düşdüBölmə: BLOK XƏBƏR
İsmayıllı rayonunun Diyallı kəndində yaşayan, 2007-ci il təvəllüdlü Məmmədov Kənan Nurəddin oğlu iyunun 2-də yaşadığı ünvandan çıxaraq naməlum istiqamətdə gedib və bir daha geri qayıtmayıb. “Xalqinfo” xəbər verir ki, bu haqda DİN məlumat yayıb. Bildirilib ki, itkin düşən şəxsin əlamətləri belədir: boyu 160 sm, arıq bədən quruluşludur. Sonuncu dəfə evdən gedərkən üzərində qırmızı rəngli köynək, qara şalvar və sarı rəngli idman ayaqqabısı olub. Xalqinfo.az-ın əldə etdiyi məlumata gòrə əslən Laçın rayonundan olan atası Nurəddin Məmmədov bildirib ki, övladı Kənan bir neçə dəfə evdən getsədə yenidən geri dönüb. Fotodakı şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102” xidmətinə, həmçinin İsmayıllı Rayon Polis Şöbəsinin (020)285-11-89 şəhər və 050-280-45-00 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur. |
|