» » Vilyam Hacıyevin cəzası 3,5 il azaldıldı

Vilyam Hacıyevin cəzası 3,5 il azaldıldı

Bölmə: BLOK XƏBƏR
Vilyam Hacıyevin cəzası 3,5 il azaldıldı



İmişlinin məhkum sabiq icra başçısı Vilyam Hacıyevin kassasiya şikayətinə baxılıb.

“Xalqinfo”nun məlumatına görə, Ali Məhkəmədə keçirilən iclasda qərar elan edilib.

Qərara əsasən, V.Hacıyevin cəzası 12 ildən 8 il 6 aya endirilib.

Xatırladaq ki, Vilyam Hacıyev Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilib. O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə xüsusilə külli miqdarda mənimsəmədə və rüşvət almaqda təqsirli bilinərək 12 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi hökmü dəyişdirmədən qüvvədə saxlayıb.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler