» » “Bir daha Belarusa getməyəcəyəm” - Paşinyan

“Bir daha Belarusa getməyəcəyəm” - Paşinyan

Bölmə: BLOK XƏBƏR
 “Bir daha Belarusa getməyəcəyəm” - Paşinyan



Ermənistanın Baş naziri Nikol Paşinyan bir daha Belarusa səfər etməyəcəyini açıqlayıb.

“Xalqinfo” “News.am”a istinadən xəbər verir ki, Paşinyan bu barədə parlamentdə çıxışı zamanı danışıb.

Ölkəsinin KTMT ilə münasibətlərinin hazırkı vəziyyətindən bəhs edən Paşinyan Belarus Prezidenti Aleksandr Lukaşenkonun bu yaxınlarda etdiyi açıqlamasına da toxunub:

“KTMT ölkələrindən birinin lideri deyir ki, Azərbaycanın qələbəsinə inanıb və bunu arzulayıb. Bundan sonra mən Belarusun lideri ilə KTMT formatında hansısa məsələni müzakirə etməyə gedəcəyəm? Bildirirəm ki, bundan sonra bir daha Belarusa getməyəcəyəm. Ümumiyyətlə deyirəm ki, bu andan etibarən Ermənistanın heç bir rəsmi nümayəndəsi Belarusa səfər etməyəcək”.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler