Bakını “hədəf” seçənlərə Əliyevin Misirdən cavabıBölmə: BLOK XƏBƏR, MANŞET
Xalqinfo.az xəbər verir ki, İlham Əliyev Misir səfərində, bu ölkənin lideri Sisi ilə görüşdə bəyan etdi ki, müstəqil Fələstin Dövləti qurulmalı, Şərqi Qüds onun paytaxtı olmalıdır. Qəzzada baş verənləri faciə adlandıran Prezident Əliyev müharibənin dayandırılması, danışıqların başlanması çağırışı edib. Azərbaycan müstəqillik və Qüds məsələsində Fələstinə daim dəstək verib, həmçinin bu ölkəyə iqtisadi yardımlar da edib. İsraillə münasibətlərdə də Fələstin amilini nəzərə alıb. Misal üçün, İsraildə səfirliyimizin açılış mərasimində iştirak edən xarici işlər naziri ardınca Fələstinə səfət etdi. Buna rəğmən, Fələstin məsələsinə görə rəsmi Bakını zaman-zaman ittihama cəhdlər edilir, xüsusilə İran bu prosesdə aktivdir. Son olaraq, İstanbulda Fələstin bəhanəsi ilə SOCAR-a hücumda da İrana bağlı qruplar iştirak edirdi. Ümumiyyətlə, Fələstin məsələsi İran tərəfindən İraillə qarşıdurmada alət olaraq istifadə edilir. Bu “aləti” mütəmadi olaraq Azərbaycana qarşı da yönəltməyə çalışırlar. Əliyevin bəyanatı isə təkcə Qəzzada baş verənlərə ədalətli yanaşmanın sərginlənməsi yox, həm də Fələstin məsələsində Azərbaycanı ittiham edənlərə açıq mesaj xarakteri daşıyır. |
XƏBƏR LENTİ
27.09.24 07:08 | Azərbaycanda Anım Günüdür
27.09.24 07:05 | ABŞ-də Zelenskiyə xəbərdarlıq olundu
27.09.24 07:01 | Nazirimiz Baydenlə görüşdü
27.09.24 06:54 | Paşinyanla görüşdən sonra sülh müqaviləsindən danışdı
27.09.24 06:51 | Daşkəsəndə səfərbərlik şöbəsinin rəisi həbs edildi
27.09.24 06:45 | Vətən müharibəsinin başlamasından 4 il ötür
23.09.24 14:03 | Göstəriş verilib, maaş və pensiya artırılır - Prezidentdən müjdə
|