» » Əliyev göstəriş verdi: Onlar İrana getdi

Əliyev göstəriş verdi: Onlar İrana getdi

Bölmə: BLOK XƏBƏR
 Əliyev göstəriş verdi: Onlar İrana getdi






Baş nazir Əli Əsədov İran İslam Respublikasına səfər edəcək.

Bu barədə Xalinfo.az-a Nazirlər Kabinetindən məlumat verilib.

Bildirilib ki, mayın 22-də Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq Baş nazir Əli Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisinin, xarici işlər naziri Hüseyn Əmir Abdullahianın və digər müşayiət edən şəxslərin helikopter qəzasında faciəli surətdə həlak olmaları ilə əlaqədar Tehran şəhərində keçirilən rəsmi anım mərasimində iştirak edəcək.

Nümayəndə heyətinə xarici işlər naziri Ceyhun Bayramov, Milli Məclisin Azərbaycan-İran parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri və digər rəsmi şəxslər daxildir.

***

Əli Əsədov və Ceyhun Bayramov Rəisi ilə vida mərasimi üçün Tehrana gəliblər.

***

Mayın 22-də Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq Baş nazir Əli Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisinin, xarici işlər naziri Hüseyn Əmir Abdullahianın və digər müşayiət edən şəxslərin helikopter qəzasında faciəli surətdə həlak olmaları ilə əlaqədar Tehran şəhərində keçirilən rəsmi anım mərasimində iştirak edib.

Bu barədə Nazirlər Kabinetindən məlumat verilib.

Baş nazir Əli Əsədov İran İslam Respublikasının Birinci vitse-prezidenti, Prezidentin vəzifəsini icra edən Məhəmməd Müxbirlə görüşərək ona Azərbaycan Respublikasının Prezidenti, hökuməti və xalqı adından dərin hüznlə başsağlığı verdi.

Bildirilib ki, böyük dövlət xadimi, görkəmli siyasətçi Seyid İbrahim Rəisi bütün həyatını ölkəsinə fədakarlıqla və sədaqətlə xidmətə həsr edib.

Azərbaycan nümayəndə heyətinə xarici işlər naziri Ceyhun Bayramov, həmçinin Milli Məclisin Azərbaycan-İran parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Əziz Ələkbərov, Cavanşir Paşazadə, Cəbi Quliyev və digər rəsmi şəxslər daxildir.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler