Universitetdəki yoxlamalarla bağlı rəsmi açıqlama: "Hazırda tələbələri danışdırırlar"Bölmə: BLOK XƏBƏR
![]() Kütləvi informasiya vasitələrində yayılan xəbərə görə, Elm və Təhsil Nazirliyi tərəfindən Gəncə Dövlət Universitetində yoxlamalara başlanılıb. Bununla bağlı universitetin Mətbuat Xidmətinin rəhbəri Günay Məmmədova Oxu.Az-a açıqlamasında bildirib ki, beş ildən bir Elm və Təhsil Nazirliyi tərəfindən təsdiq olunmuş qrafik üzrə hər bir ali təhsil və orta ixtisas təhsili müəssisələrinin akkreditasiyası həyata keçirilir, Gəncə Dövlət Universitetində aparılan yoxlamalar da bununla bağlıdır: "Yəni Gəncə Dövlət Universitetində aparılan yoxlama, sadəcə, rektorun fəaliyyəti ilə bağlı deyil, ümumilikdə universitet əməkdaşlarının fəaliyyəti ilə bağlıdır. Yoxlama zamanı rektor da daxil olmaqla dekanların, kafedra, şöbə müdirlərinin və s. sənədlərinə baxış keçirilir, sənədlərin uyğunluğu yoxlanılır". Günay Məmmədova bildirib ki, təhsil müəssisəsinin akkreditasiyası təhsil müəssisəsinin fəaliyyətinin qəbul olunmuş dövlət təhsil standartlarına və digər normativ hüquqi aktların tələblərinə uyğunluğunun yoxlanılması məqsədi ilə aparılır: "Bu yoxlamaların nəticəsində biz növbəti beş ildə fəaliyyət göstərmək üçün sertifikat alırıq və fəaliyyətimizi davam etdiririk". "Yoxlamalar hazırda davam edir. Tələbələr danışdırılırlar. Yoxlama bitdikdən sonra nəticə Elm və Təhsil Nazirliyi tərəfindən elan olunacaq", deyə o qeyd edib. |
XƏBƏR LENTİ
20.04.25 07:21 | “Kursk vilayətinin 99,5 faizi azad edilib”
20.04.25 07:19 | Bu vitamin çatışmazlığı xəstəliyə səbəb olur
20.04.25 04:27 | Bu generala yüksək vəzifə verildi
20.04.25 04:16 | İcra başçısının qazi haqda şikayəti ilə bağlı qərar verildi
20.04.25 04:12 | Ağstafada toydan uşaq oğurlayan qazi saxlanıldı
20.04.25 04:06 | Putin “Pasxa atəşkəsi” elan etdi
20.04.25 04:02 | Şərurlu İsfəndiyarın oğlu həbs edildi
18.04.25 10:22 | Rusiya dünyada analoqu olmayan xərçəng dərmanı hazırladı
17.04.25 17:19 | “Səhhətlərində problem varsa, müalicə üçün şərait yaradılmalıdır”
17.04.25 17:17 | Prezident onları nazir müavini təyin etdi
17.04.25 17:06 | Orduxan Teymurxan Baş Prokurorluğa çağırıldı
17.04.25 14:12 | Temperatur 19 dərəcəyə yüksələcək
17.04.25 14:10 | Tiflis Bakının tələb etdiyi jurnalisti azad elədi
17.04.25 12:54 | Qızılın qiyməti rekordu yenilədi
17.04.25 12:45 | Ukrayna Basayevin hərbi taktikasını tətbiq edir
17.04.25 12:24 | Ukrayna burdan vurulur - Hərbi sirr yayıldı, RİA dərhal...
|