» » Niyə 1976 xəritəsinə razı olduq? Göyçə masadadır? -

Niyə 1976 xəritəsinə razı olduq? Göyçə masadadır? - Sensasion detal

Bölmə: BLOK XƏBƏR
Niyə 1976 xəritəsinə razı olduq? Göyçə masadadır? -






- Tofiq bəy, Ermənistan Qazax istiqamətində delimitasiyanı uğurlu adlandırır və bütün delimitasiya prosesinin 1976-cı ilin xəritəsinə əsasən olmasını istəyir. Sizcə, bunun səbəbi nədir?

- Çünki Ermənistanın ərazisi sovetləşmədən sonra 3 dəfə böyüyüb. Onlar istəyir ki, bu əraziləri tam saxlasınlar və buna görə də bütün sərhədin 1976-cı ilin xəritəsi ilə delimitasiya edilməsini arzulayırlar.

- Bu xəritəni əsas götürmələrində Almatı Bəyannaməsinə istinad etdiklərini çox tez-tez vurğulayırlar.

- Almatı Bəyannaməsində ümumiyyətlə xəritə, ölkələrin sərhədləri haqda heç nə yoxdur.

- Sizcə, sərhədin delimitasiyası 1976-cı il xəritəsi ilə davam edəcək?

- Qətiyyən! Azərbaycanın rəsmi mövqeyi bəllidir. Bu proses ümumi olaraq 4 kəndlə bağlıdır. Çünki sərhədin məhz bu hissəsi (Qazax-Tavuş sərhədi – red.) 1920-ci ildən dəyişməyib. Əgər Almatı Bəyannaməsinin prinsipini götürsək, məntiqlə belə çıxır ki, Sovet dövrünün ilk günündə olan sərhədlər əsas götürülməlidir. Sovet dövrü Azərbaycanda 1920-ci ilin aprelindən başlayır. Ermənistan isə Rusiya tərəfindən noyabrda işğal olunub. Yəni sərhədin digər hissələrinin delimitasiya prinsipləri məsələsi hələ açıqdır. Hazırda sərhədin təxminən 1 faizi müəyyənləşib.

- Zəngəzur, Göyçənin verilməsi də Sovet dövründə olub. Həm də bu ərazilər verilərkən xalqın rəyi soruşulmayıb, referendum keçirilməyib.


- Zəngəzur 1920-ci ilin 30 noyabrında Ermənistana verilib, 1922-ci ildə isə Göyçə mahalı bizdən alınıb, 1929-cu ildə Mehri. Sovet İttifaqı dağılandan sonra isə məntiqə uymayan vəziyyət yaranıb. Bu da ondan ibarətdir ki, Azərbaycanın ərazisi süni şəkildə iki hissəyə bölünüb – söhbət Azərbaycanın əsas ərazisi ilə Naxçıvandan gedir. Azərbaycan da bu məsələni ortaya qoymaqdadır.

İkinci məsələ odur ki, Cənubi Qafqazın ən böyük şirin su hövzəsi Göyçə gölüdür və onun bu və ya digər şəkildə səviyyəsini saxlamaq üçün Azərbaycandan gələn çaylar da iştirak edir, məsələn, Arpaçay (Arpaçaydan Göyçə gölünə kanal çəkilib – red.). Azərbaycan-Ermənistan sərhədi o vaxtlar Göyçə gölünün ortasından keçib. İndi də məntiqi olaraq gündəmə gətiririk ki, SSRİ vaxtı bir dövlətin içindəydik, yanaşma da fərqli idi. Hazırda müstəqil dövlətik, gəlin, bu məsələni də araşdıraq.

- Yəni 1976-cı il xəritəsi bütün sərhəd üçün əsas götürülə bilməz!

- Tamamilə doğrudur. Zəngəzuru Ermənistana sovetlər verib, heç bir referendum olmadan, konstitusiyaya zidd şəkildə. Bu “payı” işğalçı administrasiya bağışlayıb, burda Azərbaycan xalqının iradəsi olmayıb. O cümlədən, Göyçə mahalı da eyni qayda ilə verilib. Ona görə də hazırda bu məsələni qaldırırıq: biz dədə-baba torpaqlarımızdan niyə imtina etməliyik?!

- Tofiq bəy, Azərbaycan və Ermənistanın Paris Sülh Konsransında - 1920-ci il 11 yanvarında de-fakto müstəqilliyi tanınıb və xəritələr də təqdim edilib. Hazırda həmin xəritələr Fransada saxlanılır. Bu xəritələr gündəmə gələ bilərmi?

- Məncə, bu bir qədər fərqli məsələdir və prosesi mürəkkəbləşdirir. Amma Almatı Bəyannaməsi ilə də davam etmək mümkündür və işi də asanlaşdırır. Çünki Azərbaycan artıq Almatı Bəyannaməsinin prinsiplərinə razılıq verib. Əslində Almatı Bəyannaməsi prinsipinin razılaşdırılması o deməkdir ki, biz sovet dövrü sərhədlərini məntiqi olaraq qəbul edirik. Sadəcə, bəziləri elə düşünür ki, Almatı Bəyannaməsi ilə prosesin başlamasını qəbul etməyimiz bizim Zəngəzurdan, Göyçədən imtina etməyimiz deməkdir. Halbuki qətiyyən belə deyil. Sovet dövrü sərhədlərini qəbul ediriksə, bu, 1920-ci il xəritəsi də ola bilər. Çünki dediyim kimi, Almatı Bəyannaməsində ölkələrin sərhədləri, xəritələri haqda heç nə yoxdur. Xüsusi ilə qeyd etmək lazımdır: Rəsmi mövqeyimiz bundan ibarətdir ki, sərhədlərin müxtəlif hissələri müxtəlif illərin xəritələri əsasında delimitasiya və demarkasiya oluna bilər. Qazaxla sərhəd xatırlatdığım səbəbə görə 1976-cı il xəritəsi ilə delimitasiya olundu. Amma digər ərazilərdə tamamilə fərqli xəritələr əsas götürülməlidir və götürüləcək də.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler