Generala Müdafiə Nazirliyində yüksək vəzifə verildiBölmə: BLOK XƏBƏR
Müdafiə Nazirliyində yeni təyinat olub. Müdafiə Nazirliyindən “Xalqinfo”ya bildirilib ki, Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə general-mayor Müşfiq Məmmədov Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsi rəisi vəzifəsinə təyin olunub. Qeyd edək ki, Müşfiq Xıdır oğlu Məmmədov Azərbaycanın Türkiyədəki hərbi attaşesi olub. Hərbi Akademiyanın məzunudur. Əslən Laçın rayonundan olan general Məmmədov, həm də Azərbaycanın Bolqarıstanda akkreditə olunmuş hərbi attaşesi vəzifəsini icra edib. O, 2020-ci ildə “Vətən uğrunda” medalı ilə təltif edilib. |
|