» » Deputatın oğlu işdən çıxarıldı

Deputatın oğlu işdən çıxarıldı

Bölmə: BLOK XƏBƏR
Deputatın oğlu işdən çıxarıldı




Milli Məclisin deputatı Bəxtiyar Əliyevin oğlu Orxan Əliyev vəzifəsindən azad olunub.

Xalqinfo.az Qaynarinfo-ya istinadən xəbər verir ki, Orxan Əliyev Dövlət Reklam Agentliyinin İdarə Heyətinin sədrinin müavini vəzifəsindən azad olunub. Onun yerinə isə hələlik təyinat yoxdur.

Dövlət Reklam Agentliyinin mətbuat katibi Hüseyn Azəri məlumatı təsdiqləyib. Qurum rəsmisi bildirib ki, bir müddət əvvəl Orxan Əliyev vəzifəsindən azad edilib.

Qeyd edək ki, Orxan Əliyev 2018-ci ildə Dövlət Reklam Agentliyinin direktor müavini, 30 oktyabr 2019-cu ildə Prezident İlham Əliyevin sərəncamı ilə sədrin müavini vəzifəsinə təyin olunmuşdu.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler