ABŞ təhrik edir: İran savaşa birbaşa girsə...Bölmə: BLOK XƏBƏR
İran-ABŞ qarşıdurması, xüsusən Ərbildəki konsulluğun vurulmasından sonra münasibətlərin daha da kəskinləşəcəyi mümkündür, amma bu vəziyyət yeni deyil. İranın proksi qüvvələri həm İraqda, həm Suriyada ABŞ və koalisiya qüvvələrinə qarşı daima müharibədədirlər. Bu sözləri Axar.az-a hərbi-siyasi ekspert Elxan Şıxəliyev SEPAH qüvvələrinin İraqdakı ABŞ konsulluğunu raketlə vurmasından sonra Tehran-Vaşinqton münasibətlərinin növbəti gərginləşmə mərhələsi haqda danışarkən deyib. Onun sözlərinə görə, ABŞ-ın İranla müharibə ehtimalı yüksək olsa da, yaxın gələcəkdə reallaşması mümkün görünmür: “İran ABŞ-ın hər zaman hədəfində olan ölkədir. İsrail-HƏMAS müharibəsində ikincinin həm hazırlanmasında, həm də meydanda dəstəklənməsində əsas səbəbkarlardan biri İrandır. ABŞ hər vəchlə çalışır ki, Tehran hökuməti müharibəyə birbaşa müdaxilə etsin. İran isə birbaşa iştirakdan çəkinir, amma o bölgədə ABŞ və İsrailə qarşı olan qüvvələri dəstəkləyir. ABŞ-ın ehtiyatlanması isə bir neçə yerdə müharibənin alovlanma riskinin olması ilə bağlıdır. Rusiya-Ukrayna müharibəsi fonunda maliyyə vəsaitləri tükənmək üzrədir, ikinci cəbhədə İsraili dəstəkləməlidilər. İranla üçüncü cəbhə açılsa, ABŞ üçün çətin olacaq. Nəzərə alaq ki, İsraillə İranın quru sərhədləri yoxdur, İrana müdaxilə ancaq hava zərbələri ilə mümkün olacaq. Amma hərbçilərin ayağı dəyməyən yerdə əməliyyatın uğurundan danışmaq çətindir. İran həm coğrafi, həm silahlı qüvvələr olaraq HƏMAS deyil. Onların hərbi gücünü eyniləşdirmək olmaz. ABŞ da bunu nəzərə alır. Odur ki, müəyyən tərəddüdü var. Düşünürəm ki, İran da bundan istifadə edir”. Ekspert hazırkı reallığı düzgün qiymətləndirən İranın bu vəziyyətdən necə yararlanmasına diqqət çəkib: “İran İsrail-HƏMAS müharibəsi başlamışkən, proksi qüvvələrini o istiqamətdə maksimum istifadə etməyə çalışır. İran müharibənin öz ərazilərinə gəlib çatmasına imkan verməməyə çalışır. Buna görə də biz Amerika-İran qarşıdurmasının başqa ölkələrdə yaşanmasını hələ uzun müddət müzakirə edəcəyik”. |
XƏBƏR LENTİ
01.09.24 22:06 | Parlament seçkilərinin növbəti “Exit poll” nəticələri - Siyahı
21.08.24 12:41 | Saqqal saxlamaq istəməyən 280 polis işdən çıxarıldı
13.08.24 12:23 | Məhkəmə Əli Kərimli ilə bağlı şikayəti qəbul etmədi
12.08.24 15:33 | Elmar Məmmədyarov Rusiyaya səfir gedir?
12.08.24 15:28 | Ən çox şikayət edilən bankların SİYAHISI
12.08.24 15:26 | Kurskda rus qadının Ukrayna əsgərinə bu sözü şoka saldı
12.08.24 15:21 | Rus hərbçiləri Ukrayna ordusuna kütləvi şəkildə təslim olub
12.08.24 15:13 | ABŞ və İngiltərə Yəməni vurdu
12.08.24 15:12 | Ermənilər Azərbaycanla sərhəddə xidmətdən imtina etdi
12.08.24 15:06 | Prezidentdən başsağlığı
12.08.24 15:04 | Qətlə yetirilən biznesmenin qardaşı oğlu həbs edildi
|