» » Rusiyanın çevriliş hazırlaması xəbərinə Paşinyanın cavabı

Rusiyanın çevriliş hazırlaması xəbərinə Paşinyanın cavabı

Bölmə: BLOK XƏBƏR
Rusiyanın çevriliş hazırlaması xəbərinə Paşinyanın cavabı




Təhlükəsizlik xidməti Ermənistanda vaqnerçilərin olması ilə bağlı xəbərləri yoxlayır.

Axar.az xəbər verir ki, bunu parlamentdə Baş nazir Nikol Paşinyan Rusiyanın Ermənistanda dövlət çevrilişi hazırlaması ilə bağlı yayılan xəbərləri şərh edərkən bildirib.

Paşinyan bildirib ki, Ermənistan hüquq-mühafizə orqanları mətbuatda yer alan xəbərlərə reaksiya verməyə borcludur:

"Bildiyimə görə, belə bir məlumat Teleqram kanalları vasitəsilə yayılıb, Milli Təhlükəsizlik Xidməti yayılan məlumatları yoxlayır".

Paşinyan Rusiyanın Ermənistanda inqilab təşkil edə biləcəyindən narahat olub-olmadığı barədə ona ünvanlanan sualı isə belə cavablandırıb:

"Ermənistanda inqilabı yalnız onun xalqı edə bilər və onlar artıq bu inqilabı həyata keçiriblər".

Qeyd edək ki, “Baqramyan-26” Teleqram kanalında Kremlin Ermənistanda dövlət çevrilişi hazırlaması ilə bağlı xəbər dərc olunub. Məlumata görə, Priqojinin ölümü zamanı Ermənistanda 3000-ə yaxın “Vaqner” döyüşçüsü olub.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler