» » Ermənistan Qarabağla bağlı təkliflə razılaşmadı, dedilər, savaşacağıq” - Putin

Ermənistan Qarabağla bağlı təkliflə razılaşmadı, dedilər, savaşacağıq” - Putin

Bölmə: BLOK XƏBƏR
Ermənistan Qarabağla bağlı təkliflə razılaşmadı, dedilər, savaşacağıq” - Putin





Rusiya Prezidenti Vladimir Putin Vladivostokda keçirilən Şərq İqtisadiyyat Forumunun plenar iclasında vaxtilə Qarabağ münaqişəsinin həlli üçün öz variantlarını təklif etməsindən danışıb.


“Xalqinfo” xəbər verir ki, Rusiya liderinin sözlərinə görə, Ermənistan bu təkliflə razılaşmayıb:

“Biz nizamlanma üçün öz variantlarımızı təklif etmişdik. Məncə, bu, yaxşı bəllidir. Ermənistan 7 rayona nəzarət edirdi. Hansı ki, Emənistan-Azərbaycan konfliktindən sonra öz nəzarətinə almışdı. Biz Azərbaycanla Kəlbəcər və Laçın rayonlarının və bütün Qarabağın faktiki olaraq Ermənistanın yurisdiksiyasında qalması ilə razılaşma təklif etdik. Lakin Ermənistan rəhbərliyi bununla razılaşmadı. Ermənistan rəhbərliyini onillər ərzində inandırmağa çalışdıq. Fərqli variantlar var idi, amma yekunda hamısı buna gəlib çıxırdı. “Nə edəcəksiniz?” sualına “savaşacağıq” cavabını verdilər. Yekunda hər şey mövcud olan situasiyaya gəlib çıxdı”

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler