» » Prezident və xanımı Kəlbəcərə getdi

Prezident və xanımı Kəlbəcərə getdi

Bölmə: BLOK XƏBƏR
Prezident və xanımı Kəlbəcərə getdi


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 25-də Kəlbəcər rayonuna səfər ediblər.

Xalqinfo.az xəbər verir ki, dövlətimizin başçısı və birinci xanım “AzərEnerji” Açıq Səhmdar Cəmiyyətinin “Soyuqbulaq” Kiçik Su Elektrik Stansiyasının açılışında iştirak ediblər, “İstisu” Mineral sudoldurma zavodunun tikintisi ilə tanış olublar.

Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya “İstisu” Müalicə-İstirahət Kompleksində görülən işlər barədə məlumat verilib.

Dövlətimizin başçısı “AzərEnerji” ASC-nin “Çıraq-1” və “Çıraq-2” Kiçik Su Elektrik stansiyalarının açılışında iştirak edib.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zar kəndinin təməlqoyma mərasimində iştirak ediblər.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler