“Proseslərə müdaxiləyə ehtiyac var” - Vahid ƏhmədovBölmə: BLOK XƏBƏR
![]() Səhiyyə nazirinin müavini Rasim İsmayılov Nazirliyin sifarişi əsasında Tarif Şurasının dərman vasitələrinin qiymətlərinə yenidən baxacağını açıqlayıb. Milli Məclisin iyulun 4-də keçirilən iclasında “Dərman vasitələri haqqında” Qanuna dəyişikliklə bağlı müzakirələrdə iştirak edən nazir müavini qeyd edib ki, sözügedən Qanuna dəyişikliyin məqsədi dərman vasitələrinin çeşidinin artırılması və əlçatanlığın təmin olunmasıdır. Nazir müavininin fikirlərinə münasibət bildirən Milli Məclisin deputatı Vahid Əhmədov Demokrat.az-a açıqlamasında deyib ki, əhalinin dərmanlara əlçatanlığını təmin etmək hər zaman diqqət mərkəzində olub: “Nazir müavini hökumət üzvləri sırasında olan bir şəxsdir. Belə çıxışlarda bir az ehtiyatlı olmaq lazımdır. Söhbət dərman vasitələrindən gedirsə, bu, əhalinin əsas ehtiyac sahələrindəndir”. Vahid Əhmədov bildirib ki, Milli Məclisdə dərman vasitələrinin qiymətinin yüksək olması məsələsi mütəmadi gündəmə gətirilir: “Baş nazir də, hökumət də çalışır ki, qiymətləri tənzimləmək üçün müəyyən addımlar atsınlar, bu istiqamətdə işlər davam edir. Təklif etdik ki, qiymətlərə yuxarı hədd qoyulsun, dərmanlar o qiymətdən baha satılmasın, hərə öz istədiyi qiyməti qoymasın. Nazir isə deyir ki, bizi Türkiyəylə müqayisə etməsinlər, orada qazın qiyməti yüksəkdir, bizdə aşağıdır... Ağılasığmaz misallar gətirirlər. Rəhbərə yaraşan fikirlər deyil, belə nümunələr çəkmək olmaz. Vətəndaşların sağlamlığı bizim üçün ən ümdə məsələlərdən biridir. Cənab Prezident də dəfələrlə bu mövzuya toxunub. Qiymətlər yüksək olduğu üçün bəzi preparatlar əlçatan deyil. Hökumət qiymətlərin stabilləşməsi üzərində işləyir. Hesab edirəm ki, müəyyən proseslərdə müdaxiləyə ehtiyac var”. |
XƏBƏR LENTİ
27.09.23 13:25 | “Nazir müavini və Ağsunun icra başçısı əlbir olub istirahət mərkəzimizi əlimizdən alır”-Video
21.09.23 13:30 | Paşinyan: Bundan əl çəkməyəcəm, bizə sülh lazımdır!
20.09.23 21:55 | Prezident şəhidlərimizdən danışdı
20.09.23 21:53 | Onlardan ciddi tədbir görülməsi tələb edilib - Prezident
20.09.23 05:32 | Xocavənd "meri" məhv edildi
20.09.23 05:13 | İlham Əliyev Rəcəb Tayyib Ərdoğana təşəkkür etdi
19.09.23 23:41 | Ordumuzun antiterror tədbirinə İrandan reaksiya
19.09.23 23:34 | Ermənilər bu kəndlərimizdən çıxdı - SİYAHI
19.09.23 23:32 | BMT Qarabağa görə TOPLANIR
19.09.23 23:29 | İrəvanda aksiyada polis zorakılığı: yaralılar var
19.09.23 23:27 | Rusiya Ermənistana nota verdi - Təcili
19.09.23 16:41 | Azərbaycan və Türkiyənin müdafiə nazirləri TƏCİLİ DANIŞIQ APARDI
19.09.23 16:38 | Qarabağ türk yurdudur - Bahçelidən Azərbaycana DƏSTƏK
19.09.23 16:36 | İrəvanda əhali hökumət binasının önünə toplaşır – Paşinyanı...
19.09.23 16:34 | Zaxarova erməniləri ələ saldı: “Bəs deyirdiz...”
19.09.23 16:32 | “TikTok”un bağlanması rəsmən təsdiqləndi
19.09.23 16:31 | Müdafiə Nazirliyindən Xankəndi AÇIQLAMASI
19.09.23 16:29 | Qarabağda antiterror əməliyyatı başladı – RƏSMİ AÇIQLAMA
15.09.23 23:45 | Hərbçimiz bədbəxt hadisə nəticəsində həlak OLDU
15.09.23 23:42 | Ukrayna vuracağı hədəfi özü müəyyən edir, biz demirik - ABŞ
15.09.23 15:57 | Ərdoğanın 15 müşaviri istefaya göndərildi
15.09.23 15:53 | Fəridlə bağlı müsbət nəticələr əldə ediləcək – Baş prokuror
15.09.23 15:49 | İlham Əliyev bu iclasın iştirakçılarına müraciət etdi
13.09.23 23:59 | Qəzada həlak olan daha bir hərbçimiz
13.09.23 23:57 | “Bu, əvvəlki dünya nizamının sonudur” Blinken
13.09.23 23:49 | Üç hərbçimiz qəzada həlak oldu
|