Ərdoğan inqilabi dəyişikliklər edəcək: Onlar vəzifədən gedirBölmə: BLOK XƏBƏR
![]() Türkiyədə mayın 28-də keçirilən prezident seçkilərinin ikinci turunda Rəcəb Tayyip Ərdoğanın 52,14% səslə yenidən dövlət başçısı seçilməsindən sonra onun yaxın həftələrdə and içəcəyi gözlənilir. Hakimiyyətə yaxın KİV-lərin məlumatına görə ikinci və sonuncu prezidentlik dövrünə qədəm qoyan Ərdoğanın yaxın 5 ildə ölkədə böyük inqilabi dəyişiklər edəcəyi gözlənilir. İnauqurasiya mərasimindən sonra Ərdoğan hakimiyyətinin 18 nazirlikdə ciddi dəyişiklərə gedəcəyini iddia edən KİV bu sırada prezident seçkiləri dövründə yıpranan daxili işlər naziri Süleyman Soylunun adını ilk sırada çəkib. 66-cı Türkiyə hökumətinin əsas simalarından biri sayılan və 31 avqust 2016-cı ildən bu postda olan DİN rəhbərinin Türkiyə Böyük Millət Məclisinə yenidən deputat seçilməsi 2023 prezident seçkilərindən sonra 67-ci hökumət kabinəsinin qurulması çərçivəsində onun da vəzifədən gedəcəyi anlamına gəlir. İddialara görə, S.Soylu yaxın perspektivdə hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədri vəzifəsinə də keçə bilər. Qeyd edək ki, 18 nazirdən 16-sının deputat seçilməsi faktı yeni hökumət sistemində köklü dəyişiklərin baş verəcəyini siqnal edir. 10 iyul 2018-ci ildən ölkənin Gənclik və İdman Nazirliyinə rəhbərlik edən Mehmet Kasapoğlunun adı da bu siyahıda göstərilir. Onun yerinə Prezident R.T. Ərdoğana yaxınlığı ilə tanınan məşhur futbolçu, bir zamanlar Almaniya millisinin əsas hücumçularından biri olan Mesut Özilin bu vəzifəyə gətiriləcəyi səslənən iddialar arasındadır. Xəzinə və maliyyə naziri Nurettin Nebatinin 28-ci çağırış parlament seçkilərində məclisə deputat seçilməsindən sonra onun da adı “gedəcəklər siyahısı”nda yer alıb. 2 dekabr 2021-ci ildən müvafiq posta rəhbərlik edən N. Nebati 66-cı hökumətdə nazirliyin başına keçən 3-cü şəxs olub. Belə ki, Berat Albayrak və Lütfi Elvanın nazirliyə rəhbərlik etməsi və bu dönəmdə türk lirəsinin dollar qarşısında kəskin ucuzlaşması fonunda ölkə rəhbərliyi nazirlikdə köklü dəyişikliklərə getmiş və son 5 ildə 2 stajlı AKP-li üzvü nazir vəzifəsindən yola salınmışdır. Ölkənin ticarət naziri Mehmet Muş da yeni hökumətdə “istənilməyənlər” sırasında yer alıb. 21 aprel 2021-ci ildən nazirliyə rəhbərlik edən M. Muşun baş verən iqtisadi böhran fonunda yaranan mənfi reputasiyası onun da yeni hökumətdə yer almayacağını artıq qarantiya edib. Məlumat üçün bildirək ki, “təmizləmə”nin digər nazirliklərdə də həyata keçiriləcəyi qeyd olunub. |
XƏBƏR LENTİ
27.09.23 13:25 | “Nazir müavini və Ağsunun icra başçısı əlbir olub istirahət mərkəzimizi əlimizdən alır”-Video
21.09.23 13:30 | Paşinyan: Bundan əl çəkməyəcəm, bizə sülh lazımdır!
20.09.23 21:55 | Prezident şəhidlərimizdən danışdı
20.09.23 21:53 | Onlardan ciddi tədbir görülməsi tələb edilib - Prezident
20.09.23 05:32 | Xocavənd "meri" məhv edildi
20.09.23 05:13 | İlham Əliyev Rəcəb Tayyib Ərdoğana təşəkkür etdi
19.09.23 23:41 | Ordumuzun antiterror tədbirinə İrandan reaksiya
19.09.23 23:34 | Ermənilər bu kəndlərimizdən çıxdı - SİYAHI
19.09.23 23:32 | BMT Qarabağa görə TOPLANIR
19.09.23 23:29 | İrəvanda aksiyada polis zorakılığı: yaralılar var
19.09.23 23:27 | Rusiya Ermənistana nota verdi - Təcili
19.09.23 16:41 | Azərbaycan və Türkiyənin müdafiə nazirləri TƏCİLİ DANIŞIQ APARDI
19.09.23 16:38 | Qarabağ türk yurdudur - Bahçelidən Azərbaycana DƏSTƏK
19.09.23 16:36 | İrəvanda əhali hökumət binasının önünə toplaşır – Paşinyanı...
19.09.23 16:34 | Zaxarova erməniləri ələ saldı: “Bəs deyirdiz...”
19.09.23 16:32 | “TikTok”un bağlanması rəsmən təsdiqləndi
19.09.23 16:31 | Müdafiə Nazirliyindən Xankəndi AÇIQLAMASI
19.09.23 16:29 | Qarabağda antiterror əməliyyatı başladı – RƏSMİ AÇIQLAMA
15.09.23 23:45 | Hərbçimiz bədbəxt hadisə nəticəsində həlak OLDU
15.09.23 23:42 | Ukrayna vuracağı hədəfi özü müəyyən edir, biz demirik - ABŞ
15.09.23 15:57 | Ərdoğanın 15 müşaviri istefaya göndərildi
15.09.23 15:53 | Fəridlə bağlı müsbət nəticələr əldə ediləcək – Baş prokuror
15.09.23 15:49 | İlham Əliyev bu iclasın iştirakçılarına müraciət etdi
13.09.23 23:59 | Qəzada həlak olan daha bir hərbçimiz
13.09.23 23:57 | “Bu, əvvəlki dünya nizamının sonudur” Blinken
13.09.23 23:49 | Üç hərbçimiz qəzada həlak oldu
|