» » Saakaşvili: Rusiya bu ərazidən parçalanmağa başlayacaq

Saakaşvili: Rusiya bu ərazidən parçalanmağa başlayacaq

Bölmə: BLOK XƏBƏR
Saakaşvili: Rusiya bu ərazidən parçalanmağa başlayacaq




“Ukrayna şübhəsiz ki, cəbhədə dönüş nöqtəsinə nail olacaq. Qərb Putin rejiminə son qoymaq qərarına gəlib, Rusiya sadə amillərə parçalanmağa başlayacaq - ilk növbədə Şimali Qafqazdan başlayacaq”.

“Xalqinfo.az” xəbər verir ki, bunu Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili “Formula” telekanalına yazılı müsahibəsində deyib.


“İndi Rusiyanın qara pulları və ya siyasi məqsədləri ilə gözlərini yummuş, Putin Rusiyasına inanan hər kəs çox ciddi yanılır və sonda tam məğlubiyyətə düçar olacaq”, - Saakaşvili qeyd edib.

O həmçinin bildirib ki, Rusiyanın dağılması, Gürcüstana Abxaziyanı qaytarmaq şansı verəcək: “Xilas yalnız Avropa İttifaqı və Ukraynadadır”.

Saakaşvilinin fikrincə, gələcəkdə Gürcüstan “haradasa Soçi bölgəsində” Ukrayna ilə ümumi sərhədə hazırlaşmalıdır.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler