» » “Azərbaycan ərazisini 86,6 min km² olaraq tanıyırıq, bura Qarabağ da daxildir”

“Azərbaycan ərazisini 86,6 min km² olaraq tanıyırıq, bura Qarabağ da daxildir”

Bölmə: BLOK XƏBƏR
“Azərbaycan ərazisini 86,6 min km² olaraq tanıyırıq, bura Qarabağ da daxildir”




“Bəli, Ermənistan Azərbaycan ərazisini 86,6 min km² olaraq tanıyır, bura Qarabağ ərazisi də daxildir”.

“Xalqinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan mətbuat konfransında deyib.


“Əgər biz Azərbaycanla bir-birimizi düzgün başa düşürüksə, o zaman Ermənistan qeyd olunan sərhədlər çərçivəsində Azərbaycanın ərazi bütövlüyünü, Bakı isə Ermənistanın 29 800 km² ərazisini tanıyır”, - deyə hökumət başçısı əlavə edib.

Xatırladaq ki, N. Paşinyan Avropa Şurasının İslandiyanın paytaxtı Reykyavikdə keçirilən sammiti çərçivəsində çıxışı zamanı Ermənistan və Azərbaycanın bir-birinin ərazi bütövlüyünü qarşılıqlı olaraq tanıdığını bildirmişdi.




Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler