İmamoğlu və Yavaş CHP binasını zəbt etdi – Şok məlumatBölmə: BLOK XƏBƏR
![]() Türkiyədə 14 may seçki günündə Mənsur Yavaş və Əkrəm İmamoğlu Cümhuriyyət Xalq Partiyasının əsas binasına gələrək, öz tərəfdarları ilə bəzi mərtəbələri zəbt edib. Xalqinfo.az xəbər verir ki, bu barədə Türkiyənin “Sabah” qəzetinin yazarı Mahmud Övür özünün “O gecə CHP mənzil qərargahında nə oldu?” adlı yazısında bəhs edib. Övür sözügedən şəxslərin artıq seçkini qazandıqlarına əmin olduqlarını və nüfuz müharibəsinə başladıqlarını vurğulayıb: “Amma əsl biabırçılıq o gecə CHP-nin mənzil-qərargahının mərtələbələrində yaşandı. CHP-çilərin sözü ilə desək, iki bələdiyyə sədri mənzil-qərargahın 10, 11 və 12-ci mərtəbələrinə əl qoyaraq, sanki “çevriliş” etdilər. İzləyənlər xatırlayır, o gecə CHP sözcüsü bir dəfə çıxıb açıqlama verdi, amma bir daha görünmədi. Səbəb isə iki bələdiyyə sədrinin və adamlarının binaya əl qoyması idi. Bu səbəbdən gecə boyunca nə sədr müavinləri, nə də partiyanın sözcüsü göründü. Təşkilata cavabdeh olan Oğuz Kaan Salıcı belə ortalarda yox idi. Sadəcə CHP Baş katibi Selin Sayek Bökə vardı. Onun da orada olmasının səbəb İBB sədri İmamoğlu ilə yaxın münasibətidir. Gələk işin ən ağır qisminə. İki “çevrilişci” sədr gecəni idarə edərkən gələcəyi də düşünməyi unutmayıblar. Seçkidə qələbə qazandıqdan sonra kimin daha çox təsir gücünə və nüfuza sahib olacağı üstündə dava başlayıb. Hətta ekrana çıxarkən kimin əvvəl danışacağı da mübahisə mövzusu olub. O seçki gecəsi məyusluqla bitərkən, qapıya yığılan 700-dən artıq yerli və xarici jurnalist də kor-peşman evinə qayıdıb. Sən demə, sadəcə “Yeddili masa” və ziyalıları yox, qlobal güc mərkəzləri də iqtidarın dəyişəcəyi xəyalını qurublar. Görəsən Ədalət və İnkişaf Partiyasının (AKP) mənzil-qərargahında o qədər jurnalist var idimi?” |
XƏBƏR LENTİ
27.09.23 13:25 | “Nazir müavini və Ağsunun icra başçısı əlbir olub istirahət mərkəzimizi əlimizdən alır”-Video
21.09.23 13:30 | Paşinyan: Bundan əl çəkməyəcəm, bizə sülh lazımdır!
20.09.23 21:55 | Prezident şəhidlərimizdən danışdı
20.09.23 21:53 | Onlardan ciddi tədbir görülməsi tələb edilib - Prezident
20.09.23 05:32 | Xocavənd "meri" məhv edildi
20.09.23 05:13 | İlham Əliyev Rəcəb Tayyib Ərdoğana təşəkkür etdi
19.09.23 23:41 | Ordumuzun antiterror tədbirinə İrandan reaksiya
19.09.23 23:34 | Ermənilər bu kəndlərimizdən çıxdı - SİYAHI
19.09.23 23:32 | BMT Qarabağa görə TOPLANIR
19.09.23 23:29 | İrəvanda aksiyada polis zorakılığı: yaralılar var
19.09.23 23:27 | Rusiya Ermənistana nota verdi - Təcili
19.09.23 16:41 | Azərbaycan və Türkiyənin müdafiə nazirləri TƏCİLİ DANIŞIQ APARDI
19.09.23 16:38 | Qarabağ türk yurdudur - Bahçelidən Azərbaycana DƏSTƏK
19.09.23 16:36 | İrəvanda əhali hökumət binasının önünə toplaşır – Paşinyanı...
19.09.23 16:34 | Zaxarova erməniləri ələ saldı: “Bəs deyirdiz...”
19.09.23 16:32 | “TikTok”un bağlanması rəsmən təsdiqləndi
19.09.23 16:31 | Müdafiə Nazirliyindən Xankəndi AÇIQLAMASI
19.09.23 16:29 | Qarabağda antiterror əməliyyatı başladı – RƏSMİ AÇIQLAMA
15.09.23 23:45 | Hərbçimiz bədbəxt hadisə nəticəsində həlak OLDU
15.09.23 23:42 | Ukrayna vuracağı hədəfi özü müəyyən edir, biz demirik - ABŞ
15.09.23 15:57 | Ərdoğanın 15 müşaviri istefaya göndərildi
15.09.23 15:53 | Fəridlə bağlı müsbət nəticələr əldə ediləcək – Baş prokuror
15.09.23 15:49 | İlham Əliyev bu iclasın iştirakçılarına müraciət etdi
13.09.23 23:59 | Qəzada həlak olan daha bir hərbçimiz
13.09.23 23:57 | “Bu, əvvəlki dünya nizamının sonudur” Blinken
13.09.23 23:49 | Üç hərbçimiz qəzada həlak oldu
|