Sərhəddəki təxribatın sifarişçisi kimdir?Bölmə: BLOK XƏBƏR
![]() Artıq 3 gündür ki, Azərbaycan-Ermənistan sərhədində hərbi toqquşmalar davam edir. Vaşinqton danışıqlarından sonra ən yüksək səviyyədə müsbət mesajlar verilirdi və bu mesajlar sülh müqaviləsinə doğru addımlamağımız barədə düşünməyə zəmin yaradırdı. Təbii ki, Vaşinqtonun vasitəçiliyi Rusiyada qıcıq yaradır və ABŞ görüşündən sonra sərhəddə gərginlik gözlənilən idi. “Təxribatların icraçı kimdir” sualına cavabı tapmaq üçün 2 önəmli faktla diqqət etməliyik: 1. Toqquşmalar Paşinyanın Moskvada keçirilən paradda iştirakından sonra başlayıb. Qeyd etmək lazımdır ki, Azərbaycan Prezidenti İlham Əliyev paradda iştirak etməyib; 2. Toqquşmaların məqsədi münaqişə tərəfi olan ölkələrdə gərginliyin artırılmasıdır. Ermənistan Baş naziri Nikol Paşinyanın və Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun son hərbi toqquşma ilə bağlı bəyanatlarını müqayisə edək. Nikol Paşinyan: “Azərbaycan tərəfinin addımları təxribat xarakteri daşıyır və Vaşinqtonda əldə olunan razılıqları sıfırlamağa xidmət edir”. Ceyhun Bayramov: “Azərbaycan regionda sülhə başqa alternativ görmür və bu istiqamətdə fəaliyyətini davam etdirəcək”. Sual olduqca sadədir: hansı mövqe gərginliyin artırılmasına xidmət edir? Eyni zamanda ötən gün Qarabağda qanunsuz silahlı dəstələr tərəfindən Ordumuza qarşı bir neçə dəfə atəş açılmışdı. Qarabağda qanunsuz silahlı erməni dəstələri de-fakto Rusiyanın proksi qüvvələridir: Rusiya tərəfindən maliyyələşdirilir və silahlandırılırlar. Bu fakt toqquşmanın sifarişçisi barədə suallara dəqiq cavabdır. |
XƏBƏR LENTİ
02.06.23 08:53 | Rusiya Baxmutda 60 min hərbçi itirib - Şok
30.05.23 14:05 | Prezidentlər mətbuata bəyanatlarla çıxış ediblər
30.05.23 13:58 | Ərdoğan Cənubi Qafqazda faktordur – Moskvadan baxış
30.05.23 13:35 | Ərdoğan inqilabi dəyişikliklər edəcək: Onlar vəzifədən gedir
30.05.23 13:33 | Elxan Qasımov dəfn olundu
30.05.23 13:29 | Vardanyan ÇƏRƏNLƏDİ: "Geriyə yol yoxdur, müharibəyə hazırlaşırıq"
30.05.23 13:26 | Saakaşvili: Rusiya bu ərazidən parçalanmağa başlayacaq
30.05.23 13:23 | ABŞ Ukraynanı hər şeylə təmin edəcək - Bayden
30.05.23 13:18 | İrəvan nəzərə alsın: Ərdoğan bunu edəcək – İspiryan
30.05.23 13:16 | Prezidentlərin geniş tərkibdə görüşü başladı
28.05.23 19:53 | Ərdoğan irəlidədir - Nəticələr açıqlanır
22.05.23 18:46 | Sinan Oğan rəsmən qərarını açıqladı: Bu namizədi dəstəkləyəcək
20.05.23 01:53 | Ərdoğanın Sinan Oğanla görüşü başa çatdı - Yenilənib+Foto
18.05.23 08:45 | İlham Əliyev DTX ilə bağlı fərman imzaladı
17.05.23 15:49 | Ərdoğanın qalib olması üçün neçə min səsi çatmadı?
17.05.23 14:27 | Prezident Myasnikoviçi qəbul etdi
17.05.23 14:25 | İmamoğlu və Yavaş CHP binasını zəbt etdi – Şok məlumat
17.05.23 14:22 | "Ermənistan Moskva ilə əməkdaşlıqdan imtina edir" - Paşinyan
15.05.23 04:19 | İlham Əliyev Ərdoğanı təbrik etdi
14.05.23 22:21 | Səslərin 70.39%-i sayıldı: rəsmi nəticələr – Yenilənir
13.05.23 09:21 | Sərhəddəki təxribatın sifarişçisi kimdir?
13.05.23 09:18 | Şəhidimizin fotosu yayıldı
13.05.23 05:26 | Ordumuzun hərbçisi şəhid oldu
13.05.23 00:20 | Ulu Öndərin 100 illiyinə həsr edilmiş yarışın fədakarı
|