Rəsmi Bakıdan Aqşinin ermənilər tərəfindən həbsinə - ReaksiyaBölmə: BLOK XƏBƏR
![]() "Cari ilin aprel ayında Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhədboyu ərazisində Azərbaycan ordusunun itkin düşmüş və Ermənistan tərəfindən əsir götürülmüş əsgərləri Bəbirov Aqşin Qabil oğlu və Axundov Hüseyn Əhliman oğluna qarşı Ermənistanın qurama “məhkəmə prosesi”ni və Aqşin Bəbirovun həbsi ilə bağlı qondarma “qərarı” qətiyyətlə qınayırıq". "Xalqinfo" xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin girov götürülmüş Azərbaycan hərbçilərinə qarşı qurama iddia və “məhkəmə prosesi”nə dair şərhində bildirilir. Şərhdə deyilir: "Azərbaycan əsgərlərini qəddar fiziki işgəncələrə məruz qoyan Ermənistan bu kimi qurama "məhkəmə prosesi" vasitəsilə onları həmçinin mənəvi və psixoloji işgəncələrə məruz qoyur. Bu cür məsuliyyətsiz davranışı ilə Ermənistan beynəlxalq humanitar hüquqa əsasən daşıdığı hüquqi məsuliyyətə, beynəlxalq ictimaiyyətin girovların azad edilməsi barəsində çağırışlarına və humanizm prinsiplərinə məhəl qoymadığını bir daha nümayiş etdirir. Ermənistan tərəfinin bu qurama addımı ilə ölkəmizin erməni girovlarının, xüsusilə də yolu azaraq sərhədi keçmiş 10-dan artıq hərbçini heç bir qeyd-şərt irəli sürmədən dərhal geri qaytarılması üzrə etimad quruculuğu tədbirinə qarşılıq verməməsi Ermənistanın bölgədə barışıq və etimad yaradılması tədbirlərində maraqlı olmadığını göstərir. Bu davranışla etimad quruculuğu səylərinə zərbə vurulması məsuliyyəti tam olaraq Ermənistan tərəfinin üzərinə düşür. Ermənistan beynəlxalq humanitar hüququn kobud şəkildə pozulması ilə müşayiət olunan bu təxribatçı fəaliyyətinə son qoymalı, girov götürülmüş əsgərləri dərhal azad etməlidir. Girovluqda olan əsgərlərimizin tezliklə azad edilməsi və ailə üzvlərinə qovuşması üçün bütün beynəlxalq ictimaiyyəti, aidiyyəti beynəlxalq təşkilatları və qeyri-hökumət təşkilatlarını Ermənistana ciddi təsir və təzyiq göstərməyə çağırırıq". |
XƏBƏR LENTİ
02.06.23 08:53 | Rusiya Baxmutda 60 min hərbçi itirib - Şok
30.05.23 14:05 | Prezidentlər mətbuata bəyanatlarla çıxış ediblər
30.05.23 13:58 | Ərdoğan Cənubi Qafqazda faktordur – Moskvadan baxış
30.05.23 13:35 | Ərdoğan inqilabi dəyişikliklər edəcək: Onlar vəzifədən gedir
30.05.23 13:33 | Elxan Qasımov dəfn olundu
30.05.23 13:29 | Vardanyan ÇƏRƏNLƏDİ: "Geriyə yol yoxdur, müharibəyə hazırlaşırıq"
30.05.23 13:26 | Saakaşvili: Rusiya bu ərazidən parçalanmağa başlayacaq
30.05.23 13:23 | ABŞ Ukraynanı hər şeylə təmin edəcək - Bayden
30.05.23 13:18 | İrəvan nəzərə alsın: Ərdoğan bunu edəcək – İspiryan
30.05.23 13:16 | Prezidentlərin geniş tərkibdə görüşü başladı
28.05.23 19:53 | Ərdoğan irəlidədir - Nəticələr açıqlanır
22.05.23 18:46 | Sinan Oğan rəsmən qərarını açıqladı: Bu namizədi dəstəkləyəcək
20.05.23 01:53 | Ərdoğanın Sinan Oğanla görüşü başa çatdı - Yenilənib+Foto
18.05.23 08:45 | İlham Əliyev DTX ilə bağlı fərman imzaladı
17.05.23 15:49 | Ərdoğanın qalib olması üçün neçə min səsi çatmadı?
17.05.23 14:27 | Prezident Myasnikoviçi qəbul etdi
17.05.23 14:25 | İmamoğlu və Yavaş CHP binasını zəbt etdi – Şok məlumat
17.05.23 14:22 | "Ermənistan Moskva ilə əməkdaşlıqdan imtina edir" - Paşinyan
15.05.23 04:19 | İlham Əliyev Ərdoğanı təbrik etdi
14.05.23 22:21 | Səslərin 70.39%-i sayıldı: rəsmi nəticələr – Yenilənir
13.05.23 09:21 | Sərhəddəki təxribatın sifarişçisi kimdir?
13.05.23 09:18 | Şəhidimizin fotosu yayıldı
13.05.23 05:26 | Ordumuzun hərbçisi şəhid oldu
13.05.23 00:20 | Ulu Öndərin 100 illiyinə həsr edilmiş yarışın fədakarı
|