» » İrəvanda şok: Azərbaycanlı ilə erməni polis dalaşdı

İrəvanda şok: Azərbaycanlı ilə erməni polis dalaşdı

Bölmə: BLOK XƏBƏR
İrəvanda şok: Azərbaycanlı ilə erməni polis dalaşdı




“Yerablur” hərbi panteonunun ərazisində həmin ərazidə xidmət edən hərbi polis əməkdaşları ilə azərbaycanlı arasında insident baş verib.

Xalqinfo.az xəbər verir ki, belə bir sensasion iddia ilə erməni mediası (168.am) çıxış edib.

Hadisənin dəqiq tarixi açıqlanmasa da, “bir neçə ay əvvəl” olduğu bildirilib.

İddiaya görə, ermənicə kifayət qədər yaxşı danışan azərbaycanlı olduğu düşünülən şəxs Vazgen Sərkisyanın məzarı yanında oturaraq, bəzi rituallar edir, qəribə səslər çıxarır, əllərini qaldırıb-endirirmiş.

Polis həmin şəxsin kimliyini və panteona gəlişinin məqsədini öyrənmək üçün onunla gəlməyi tələb edəndə sonuncu müqavimət göstərib.

Becanov soyadlı şəxs bildirib ki, Azərbaycanda doğulmasına, azərbaycanlı ad-soyad daşımasına baxmayaraq, ermənidir və Ermənistanda çoxdan məskunlaşıb.

O əlavə edib ki, polis onu azad etməsə, ciddi problemlərlə üzləşəcək.

Hadisənin necə bitdiyi, bir neçə ay öncə baş verən olayın mediaya niyə indi çıxdığı, Becanovun dəqiq kimliyi haqda məlumat verilmir.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler