Azərbaycan Ərdoğana vəfa borcunu yerinə yetirirBölmə: BLOK XƏBƏR
![]() Türkiyədə az qala “əsrin seçkisi” olaraq dəyərləndirilən və dünyanın bütün güc mərkəzlərinin diqqətində olan 14 may prezident və parlament seçkilərinə cəmi 12 gün qalır. Xalqinfo.az xəbər verir ki, nəinki Türkiyənin, eləcə də regionun və dünyanın siyasi mənzərəsinə təsir edəcəyi bildirilən bu seçki Azərbaycanda da ciddi şəkildə və son dərəcə həssaslıqla izlənilir. Azərbaycanın sıravi vətəndaşlarından tutmuş ziyalılarına qədər, böyük çoxluq hazırkı Prezident Rəcəb Tayyib Ərdoğanın seçkidə qalib gəlməsini arzulayır. Bu, təkcə STM-in və ayrı-ayrı qurumların Azərbaycanda keçirdiyi sosioloji sorğuların nəticəsi deyil, həm də adi vətəndaşların sosial şəbəkədəki çıxışlarında da əksini tapır. Təsadüfi deyil ki, azərbaycanlı taksi sürücüsünün Ərdoğana aid sözləri Türkiyədə gündəm yaradıb. Azərbaycan 44 günlük savaşda Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın göstərdiyi siyasi iradəni, sarsılmaz dəstəyi, F-16 qırıcılarını Gəncədə saxlamasını, döyüşə 3-cü qüvvələrin qarışmasına imkan verməməsini, qələbədən dərhal sonra isə Zəfər Paradına şəxsən gələrək, Bakıda möhtəşəm çıxış etməsini, ardınca Şuşa Bəyannaməsi imzalamasını unutmur. Ərdoğanın şəxsi simasında ümumiləşən bu qardaş dəstəyinə azərbaycanlılar laqeyd qalmırlar: artıq aprel ayından azərbaycanlı ziyalıların, millət vəkillərinin, media təmsilçilərinin Türkiyəyə ardıcıl və kollektiv səfərləri başlayıb. Bu səfərlərin zirvəsi isə əlbəttə ki, Prezident İlham Əliyevin İstanbulda “Texnofest-2023” festivalına qatılması idi. Bu festivalda təkcə Qəhrəmanmaraşda “Azərbaycan məhəlləsi”nin təməlinin atılması ilə deyil, Prezident İlham Əliyevin simasında subliminal mesajla Azərbaycan Ərdoğana birmənalı dəstəyini ifadə etdi. Bu dəstəyin ən pik ifadəsi isə İlham Əliyevin Ərdoğanı Azərbaycana səfərə dəvət etməsi oldu. Prezident Əliyev bu il 3 dəfə - fevral, mart, aprel ayında Türkiyəyə səfər etdiyini xatırladaraq, növbənin Ərdoğanda olduğunu elan etdi. Əlbəttə ki, Ərdoğan seçkiyə qədər xarici səfərə çıxa bilməz. Belə aydın olur ki, İlham Əliyev seçkidən sonra Prezident Ərdoğanı Bakıya səfərə çağırdı. Olduqca cəsarətli və açıq qardaş dəstəyinin mahiyyətində həm də bir ənənəni qorumaq istəyi var: illərdir ki, Azərbaycan və Türkiyədə seçkilərdən sonra qalib gələn lider ilk səfərini qardaş ölkəyə edir. Beləliklə, İlham Əliyev Ərdoğana həm də bu ənənəni qoruması üçün xatırlatma etdi! İlham Əliyev Türkiyənin saysız-hesabsız mediasının və çoxminli ictimaiyyətinin önündəcə Ərdoğana Azərbaycan xalqının atəşli salamını da çatdırdı. Bu, Azərbaycan xalqının Ərdoğana vəfa borcudur – Prezident Əliyev bunu ən yüksək şəkidə ifadə etdi... |
XƏBƏR LENTİ
02.06.23 08:53 | Rusiya Baxmutda 60 min hərbçi itirib - Şok
30.05.23 14:05 | Prezidentlər mətbuata bəyanatlarla çıxış ediblər
30.05.23 13:58 | Ərdoğan Cənubi Qafqazda faktordur – Moskvadan baxış
30.05.23 13:35 | Ərdoğan inqilabi dəyişikliklər edəcək: Onlar vəzifədən gedir
30.05.23 13:33 | Elxan Qasımov dəfn olundu
30.05.23 13:29 | Vardanyan ÇƏRƏNLƏDİ: "Geriyə yol yoxdur, müharibəyə hazırlaşırıq"
30.05.23 13:26 | Saakaşvili: Rusiya bu ərazidən parçalanmağa başlayacaq
30.05.23 13:23 | ABŞ Ukraynanı hər şeylə təmin edəcək - Bayden
30.05.23 13:18 | İrəvan nəzərə alsın: Ərdoğan bunu edəcək – İspiryan
30.05.23 13:16 | Prezidentlərin geniş tərkibdə görüşü başladı
28.05.23 19:53 | Ərdoğan irəlidədir - Nəticələr açıqlanır
22.05.23 18:46 | Sinan Oğan rəsmən qərarını açıqladı: Bu namizədi dəstəkləyəcək
20.05.23 01:53 | Ərdoğanın Sinan Oğanla görüşü başa çatdı - Yenilənib+Foto
18.05.23 08:45 | İlham Əliyev DTX ilə bağlı fərman imzaladı
17.05.23 15:49 | Ərdoğanın qalib olması üçün neçə min səsi çatmadı?
17.05.23 14:27 | Prezident Myasnikoviçi qəbul etdi
17.05.23 14:25 | İmamoğlu və Yavaş CHP binasını zəbt etdi – Şok məlumat
17.05.23 14:22 | "Ermənistan Moskva ilə əməkdaşlıqdan imtina edir" - Paşinyan
15.05.23 04:19 | İlham Əliyev Ərdoğanı təbrik etdi
14.05.23 22:21 | Səslərin 70.39%-i sayıldı: rəsmi nəticələr – Yenilənir
13.05.23 09:21 | Sərhəddəki təxribatın sifarişçisi kimdir?
13.05.23 09:18 | Şəhidimizin fotosu yayıldı
13.05.23 05:26 | Ordumuzun hərbçisi şəhid oldu
13.05.23 00:20 | Ulu Öndərin 100 illiyinə həsr edilmiş yarışın fədakarı
|