» » Aftandil İsrafilov vəfat etdi

Aftandil İsrafilov vəfat etdi

Bölmə: BLOK XƏBƏR
Aftandil İsrafilov vəfat etdi



Azərbaycan mədəniyyətinə ağır itki üz verib.

Mədəniyyət Nazirliyindən “Xalqinfo”ya verilən məlumata görə, tanınmış qarmon ifaçısı, Xalq artisti, “Şöhrət” ordenli Aftandil İsrafilov dünyasını dəyişib.

Nazirlik Xalq artistinin vəfatı ilə bağlı nekroloq imzalayıb.

Qeyd edək ki, Aftandil İsrafilov 1941-ci il yanvarın 24-də Bakıda anadan olub.

O, dinləyicilərin qəlbində silinməz izlər buraxmış “Zemfira”, “Kəmalə”, “Nazilə”, “Aynurə”, “Jalə”, “Basqalı” kimi 100-ə qədər musiqi havasının müəllifidir.

A. İsrafilov Azərbaycan ifaçılıq məktəbinin inkişafındakı müstəsna xidmətlərinə görə 1998-ci ildə Xalq artisti fəxri adına, 2016-cı ildə “Şöhrət” ordeninə layiq görülüb. O, 2003-cü ildən Azərbaycan Prezidentinin fərdi təqaüdçüsü idi.

Allah rəhmət eləsin!




Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler