» » Vahid Əhmədova töhmət verildi - Yenilənib

Vahid Əhmədova töhmət verildi - Yenilənib

Bölmə: BLOK XƏBƏR
Vahid Əhmədova töhmət verildi - Yenilənib




Bu gün Milli Məclisin İntizam Komissiyasının iclası keçiriləcək.

“Xalqinfo” xəbər verir ki, qapalı iclasa deputat Vahid Əhmədov dəvət edilib.

Qeyd edək ki, Milli Məclisin iclasında deputat Fəzail Ağamalı bildirib ki, bu yaxınlarda Vahid Əhmədov xoşagəlməz müsahibə ilə çıxış edib, dövlətin həyata keçirdiyi fundamental məsələlərə şübhə toxumu səpib.

Milli Məclisin spikeri Sahibə Qafarova İntizam Komissiyasının sədri deputat Eldar İbrahimova tapşırıq verib ki, məsələ ilə məşğul olub, İntizam Komissiyasının iclası keçirilsin.

İclas saat 15:00-da başlayacaq.

“Xalqinfo”nun əldə etdiyi məlumata görə, Vahid Əhmədov haqda töhmət elan ediləcəyi gözlənilir.
***

“Xalqinfo”nun əldə etdiyi məlumata görə, deputat Vahid Əhmədova töhmət verilib.

Qeyd edək ki, bir neçə deputat V.Əhmədovu bloqer Mehman Hüseynova verdiyi müsahibəyə görə sərt tənqid edib.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler